Oktyabrın 19-da Nikol Paşinyan gözlənilmədən keçmiş baş qərargah rəisi Artak Davtyanı “Syunikdə mühafizə işlərinə” görə məsul şəxs təyin edib, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bu qərar baş nazir Paşinyanın dünən regiona baş çəkməsindən sonra qəbul edilib.
Arminfo-nun məlumatına görə, Artak Davtyan və Syunik vilayətinin qubernatoru Unan Poqosyan birgə konfransda birgə əməliyyatların əhəmiyyətini qeyd ediblər, amma bu “mühafizə işlərinin” nədən ibarət olduğunu dəqiqləşdirməyiblər.
Qeyd edək ki, Syunik Zəngilan, Qubadlı və Laçınla həmsərhəd olan Zəngəzurdur. Rusiya mənbələrinin məlumatına görə, bu zonaya çox sayda Rusiya sərhədçisi göndərlib, onlar Ermənistan sərhədçiləri ilə birlikdə Azərbaycanla sərhədin mühafizəsinə başlayıblar.
Bütün bunlar Azərbaycan SQ-nin Zəngilan, Qubadlı və Laçında real olaraq irəlilədiyinə dəlalət edir, deyə Rusiyalı ekspertlər qeyd edirlər.