"Ermənistan sübut edir ki, terror dövlətidir" - Əli Kərimli

"Ermənistan sübut edir ki, terror dövlətidir" - Əli Kərimli
5 Oktyabr 2020
Mətni dəyiş
"Mingəçevir su anbarını və elektrik stansiyasını dağıtmaq istəyən, Gəncənin dinc sakinlərinin üzərinə raket atan, hətta 300 km. mənzilli raketlərlə Xızı və Abşeronu da hədəfə alan Ermənistan rəsmən terror dövlətidir. Dünya liderləri, beynəlxalq təşkilatlar bu dövlət terrorunu durdurmaq üçün səylər göstərməlidir" 'Abzas' xəbər verir ki, bu fikirləri AXCP sədri Əli Kərimli özünün Feysbuk hesabında paylaşıb. Əli Kərimli bildirib ki, Azərbaycanı əks-hücumu dayandırmağa çağıran beynəlxalq təşkilatlar və liderlər unutmasın ki, Azərbaycan öz torpaqlarını azad etmək istəyir və işğalçının yalnız hərbi gücünü hədəf seçir. "İşğalçı Ermənistan isə bu gün azad edilmiş Cəbrayıl rayon mərkəzi və 22 kəndimizdən başqa işğal etdiyi bütün ərazilərimizi hələ də işğalda saxlayır. Üstəlik, işğalı davam etdirməyə hərbi gücü çatmadığını anlayaraq, terrora baş vurur". Partiya sədri deyir ki, Gəncəni, Mingəçeviri, Xızı və Abşeronu hədəf seçən Ermənistan rəhbərliyi döyüşlərin coğrafiyasını qəsdən genişləndirməyə, Azərbaycan və Ermənistanın daha geniş ərazilərini müharibə meydanına çevirməyə çalışır. "Ermənistan rəhbərliyi daha çox mülki əhalini hədəf seçməklə müharibə cinayəti törədir və onlar həm Azərbaycan, həm də beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar. Beynəlxalq ictimaiyyət də gərək Ermənistanın dövlət terrorunu görməzliyə vurmasın", - deyə müxalif lider deyib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun