"Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir" Bu sözləri Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. Hacıyev deyib ki, Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb. İndiyə qədər qadınlar da daxil olmaqla 7 mülki şəxs öldürülüb. 33 mülki uşaq ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir.