Azərbaycan və Ermənistan arasında şiddətli döyüşlər davam edir.
Bu barədə Report agentliyinin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat verib.
Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, yenidən rayonun dinc sakinlərini hədəf alıb.
Oktyabrın 4-ü gecə saatlarında ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzinə düşüb. Nəticədə iki nəfər yaralanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb.
Bundan başqa, mülki evlərə, obyektlərə və inzibati binalara ziyan dəyib. Bir çox evlər, obyektlər dağıdılıb.
Hazırda döyüşlər davam edir.