Qarabağ separatçılarının lideri Araik Arutyunyan Cəlal Arutyunyanı yaralanması ilə əlaqədar Qarabağ Silahlı Qüvvələrinin komandanı vəzifəsindən azad edib. Onun yerinə general Mikael Arzumanyan təyin edilib.
Yaralanmanın harada və necə baş verdiyi açıqlanmır. Ermənistan tərəfinin iddiasına görə, yara ağır deyil. Qeyd edək ki, ötən gün Qarabağın cənub-şərqində ağır döyüşlərin olduğu bildirilib. Görünür, Arutyunyan artilleriya atəşi nəticəsində yaralanıb.