“Qarabağ” klubunun Avropa Liqasında keçirəcəyi ev oyunu üçün alternativ ölkı seçimi ilə bağlı AFFA-nın UEFA ilə danışıqları davam edir. UEFA-nın əvvəlki tövsiyələri barədə ictimaiyyətə məlumat verilib".
Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. Milli assosiasiya rəsmisi bildirib ki, danışıqlarda AFFA Türkiyə variantının üzərində təkid edir: "Apardığımız təhlillərə əsasən, oyunun Türkiyədə təşkil olunmasına icazə verilə bilər. Lakin UEFA hələ yekun qərar qəbul etməyib. Ümid edirik ki, yaxın günlərdə UEFA qərarını açıqlayacaq və bizim təklifimiz qəbul olunacaq”.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da İspaniya "Vilyarreal"ına qarşı keçirməlidir. Bu gün isə Azərbaycan təmsilçisi İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"nin qonağı olacaq.