Sentyabrın 27-sindən etibarən Azərbaycan - Ermənistan arasında hərbi əməliyyatlar başlayıb. Azərbaycan tərəfi bildirib ki, Ermənistan ordusunun yaşayış məntəqlərimizi atəşə tutumasından sonra ordumuz Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün əks-hücum əməliyyatları keçirir.
Hərbi əməliyyatlar başladıqdan sonra Azərbaycan müxalifəti də birmənalı olaraq dövlətin, ordunun yanında olduğunu bildirib. Ümummilli birliyin fonunda isə müəyyən fərdlər münaqişənin həllinin sülh yolu ilə daha düzgün olacağına inandıqlarını bildiriblər. Onlar sülh çağırışları etməklə, sülh bəyanatlarına imza atmaqla, döyüş əməliyyatlarının hər iki tərəfdən dayandırılmasını istəyirlər.
Bu istək isə cəmiyyət tərəfindən heç də normal qarşılanmır. Sülh tərəfdarlarının vətənə xəyanətdə ittiham edilməsindən tutmuş, müxtəlif yollarla cəzalandırılmarına cağrışlar edilir.
Bəs görəsən, bu çağırışlar nə qədər düzgündür və hüquqidir?
Məsələni millət vəkili, Yeni Azərbaycan Partiyasının funksioneri Aydın Mirzəzadə ilə danışdıq. Millət vəkili deyir ki, sülh çağırışları vətənpərvərlikdən uzaq çağırışlardır.
[caption id="attachment_14436" align="alignleft" width="960"] Aydın Mirzəzadə[/caption]O, bunu onunla əsaslandırır ki, Azərbaycan uğurlu əməliyyatlar həyata keçirir, işğaldan azad olunan xeyli ərazilərimiz var, belə bir məqamda bu çağırış düşmənlərə sərf edir.
"Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edir, vətən müharibəsi gedir. Əlbəttə, çox ağırdır ki, itkilərimiz də var. Amma artıq 4 rayon və bir çox ərazilər işğaldan azad edilib. Ermənistan saxta sülh çağırışlarında maraqlıdır ki, ərazilərimiz işğalda qalsın. Belə bir məqamda sülh çağırışları etmək həm də torpaqlarımızın işğalda qalması ilə razılaşmaq çağırışıdır, vətənpərvərlikdən uzaq çağırışdır və bu, olmayacaq".
Deputat deyib ki, digər tərəfdən də bu insanlara qarşı hansısa aqressiya varsa, bu anlaşılandır, amma nə qədər hüquqidir, ya deyil, artıq bu hüquqşünasların və hüquq mühafizə orqanlarının işidir, araşdırılmalıdır.
Hüquqşünas Ələsgər Məmmədli Abzas-a deyir ki, cəmiyyət rəngarəngdir və hər kəsin fərqli fikirləri ola bilər. Lakin bu məsələdə fərqli düşünənlər azlıqdadırlar və müxtəlif fərlərdir ki, onların fərdi mövqeyi sosial şəbəkələrdə görünür.
Onun sözlərinə görə, ayrıca da Azərbaycan Respublikasında hər kəsin öz fikirlərini sərbəst ifadə etmək hüququ var. [caption id="attachment_73145" align="alignleft" width="1280"] Ələsgər Məmmədli[/caption]"Ümumiyyətlə, Azərbaycanın hər dövründə milli məsələlərlə bağlı birlik olub. Hətta Heydər Əliyev dövründə də milli məsələlərdə müxalifətlə hakimiyyətin birliyi olub və bu, bu gün də var. Ancaq cəmiyyət rəngarəngdir və cəmiyyətin içində bəzi fərdlər də var ki, onlar müharibəni qəbul etmirlər və problemin sülhlə həll oluna biləcəyinə inanırlar. Düzdür, bu insanlar çox azdırlar, 10 milyonluq ölkədə 100-200 nəfərlik ayrı-ayrı fərlərdir, ancaq hər kəsin ifadə azadlığı var. Hər kəs öz fikirlərini sərbəst şəkildə ifadə etməlidir".
Hüquqşunasın sözlərinə görə, əgər o fikirlər Azərbaycan ordusunun hərbi əməliyyatlarına zərər verəcək, hərbi sirləri yayacaq asbektdə deyilsə, o zaman hansısa cəzalandırmadan danışmaq absurddur.
"Çünki hüququ düşüncəni deyil, həm də əməli cəzalandırır. Ümumilikdə isə anlayışla qarşılayıram ki, bu çağırışlar ümumi əhval-ruhiyyə mənfi təsir edən çağırışlar olduğu üçün hiddətlə qarşılana bilər, amma buna əhəmiyyət vermək lazım deyil. Zatən ordu bunları duymur, eşitmir, çünki onlar hazırda düşmənlə üz-üzə vuruşlar", - deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.