Çilidə etirazlar keçirilir

Çilidə etirazlar keçirilir
11 Oktyabr 2020
Mətni dəyiş

Çili paytaxtı Santyaqoda cümə günü insanlar artıq üçüncü gün küçələrə axışaraq hökümətə, bərabərsizliyə və polis zorakılığıan qarşı etiraz edib. Bu etirazlar təxirə salınan konsitusiyaya düzəliş üzərində referendumun yaxınlaşdığı bir vaxt keçirilri.

Etirazçılar polisə daş atıblar, polis isə cavab olaraq onlara qarşı su şırnaqlarınan və göz yaşardıcı qazdan istifadə edib.

Şəhərin ikonik Plaza İtaliya meydanında yüzlərlə insan toplaşıb, lakin bu izdiham ötən ilki tədbirlər və bu ilin əvvəlində koronavirus pandemiaysından öncəki izdihamlardan xeyli kiçik olub.

Etirazlar ötən ilin oktyabr ayında ictimati nəqliyyat vasitələrində qiymətlərin artması səbəbilə başlayıb.

Etirazçıların əsas tələbi konstitusiyaya düzəlişin edilməsidir. Çilililər oktyabrın 25-də yeni konstitusiya istəyib-istəmədikləri və bu yeni konstitusiyanın hazırkı Konqres və yaxud yeni məclis tərəfindən hazırlanmalı olduğu üzərində səs verəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun