Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya işgüzar səfər edəcək. Məlumata görə, səfər Rusiya tərəfinin təşəbbüsü ilə baş tutur. 8 oktyabrda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.