Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 16-da BMT-nin Baş katibi Antonio Guterres ilə danışıb.
Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, Ceyhun Bayramov BMT Baş katibinə "bölgədəki cari vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması" barədə məlumat verib.
Məlumatda deyilir ki, Antonio Guterres bölgədə gərginliyin artması və mülki şəxslərin öldürülməsi ilə bağlı "ciddi narahatlığını" ifadə edib və "humanitar atəşkəsə riayət edilməsinin vacibliyini" vurğulayıb.