29 oktyabrda Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşündə Laçın, Kəlbəcərin və Ağdam rayonunun bir hissəsinin Azərbaycana qaytarılması məsələsi qaldırılacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “İnterfaks” agentliyinə müsahibəsində deyib.
Dağlıq Qarabağ ətrafındakı 5 rayonun (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Ağdam ) Azərbaycana qaytarılması məsələsi artıq aktual deyil. "Biz praktik olaraq birinci mərhələni başa vurmuşuq və buna görə də indi erməni tərəfi təməl prinsiplərə sadiq olduğunu bildirərsə, dərhal Laçın və Kəlbəcər rayonlarının və Ağdam rayonunun işğal altında olan hissəsini Azərbaycanın nəzarətinə qaytarmaq barədə danışacağıq" dedi.