Canlı bloq: Qarabağ müharibəsinin 11-ci günü [yenilənir]

Canlı bloq: Qarabağ müharibəsinin 11-ci günü [yenilənir]
7 Oktyabr 2020
Mətni dəyiş

12:00

"Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib".

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 250-dək tank və digər zirehli texnika; - 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan; - 60-dək hava hücumundan müdafiə vasitələri; - 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi; - 8 silah-sursat anbarı; - 150-dək avtomobil texnikası; - 1 ədəd “S-300” zenit-raket kompleksi.

11:57

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

11:55

Azərbaycan Müdafiə Nazirliyi düşmənin növbəti texnikalarının məhv edilməsinin videogörüntüsünü yayıb.

Həmin görüntüləri təqdim edirik.

[embed]https://www.youtube.com/watch?v=w-zKtMJWEdk&feature=youtu.be[/embed]

11:50

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 28 mülki şəxsi qətlə yetiririlib, 144 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 66, yaşayış evlərinin sayı isə 427-dir.

10:31

Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuz tərəfindən adekvat tədbirlər görülür. 10:05

Müdafiə Nazirliyi: “Cəbrayıl istiqamətində Ordumuz tam üstünlüyə malikdir”
Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb. Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir.

09:51

Ermənistanın Meğri şəhərinin meri Mxitar Zakaryan Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində yaralanıb.

Bildirilib ki, 50 yaşlı yaralı meri Qarabağdan Yerevana aparıblar. Məlumata görə, o da işğalçı Ermənistan ordusunun tərkibində döyüşürmüş.

Məlumatlara əsasən, Ermənistan hakimiyyəti gəncləri Qarabağda döyüşə cəlb etməkdə çətinlik çəkdiyi üçün məmurları və yaşlı insanları da orduya çağırır. Mxitar Zakaryan da belələrindəndir. Bəzi məlumatlara görə, o, döyüşdən yayınmaq üçün yaralanıb. 09:14

Sentyabrın 27-dən oktyabrın 6-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.

Oktyabrın 6-də düşmən Tərtər şəhərinə 411-ə yaxın top mərmiləri atıb, nəticədə 10 ev tamamilə dağılıb, 36 evə isə ziyan dəyib, 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Ümumilikdə Tərtərdə 17 sosial obyektə və 338 evə ziyan dəyib, 84 ev isə tamamilə dağılıb.

Xatırladaq ki, ümumilikdə Tərtərdə 9 mülki şəxs həlak olub, 37 nəfər isə yaralanıb.

Qeyd edək ki, oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edi 09:09

"Əldə olunan məlumata əsasən düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib.

"Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralananlar var", - nazirliyin məlumatında vurğulanıb. 09:04

Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib.

Müdafiə Nazirliyindən bildirilib ki, cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşılıqlı artilleriya atışları qeydə alınıb.

Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çox sayda ölən və yaralanan var.

Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən, düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralananlar var. 08:23

Cəbhədə şiddətli döyüşlər davam edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və məqsədyönlü şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır.

Oktyabrın 7-si səhər saatlarından başlayaraq ermənilər şəhərin ərazisinə bir neçə top mərmisi atıb. Nəticədə yaşayış evlərinə, mülki obyektlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun