17:49
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu ağır artilleriya ilə atəşə tutmaqda davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmən oktyabrın 10-u saat 12:00-dan bu günədək düşmən dinc sakinləri yenidən hədəf alaraq, top mərmiləri atır.
Oktyabrın 11-də Tərtər rayon ərazisinə 10-a yaxın top mərmisi atılıb.
Məlumata görə, sentyabrın 27-dən oktyabrın 12-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atılan top mərmiləri nəticəsində ümumilikdə Tərtər rayonunda 103 mülki ev tamamilə dağıdılıb, 500-ə yaxın evə ziyan dəyib.
Bundan başqa, 51-dən çox yaşayış binasındakı mənzillərə, 31 ticarət obyektinə, 12 məktəbə, 3 uşaq bağçasına, 10-a yaxın inzibati binaya zərər dəyib.
Ümumilikdə düşmən tərəfindən atılan top mərmiləri nəticəsində Tərtər rayon ərazisində 40 mülki şəxs yaralanıb, 9 nəfər ölüb.
"Report"un əməkdaşı ilə söhbət edən rayonun Şıxarx qəsəbə sakini bildirib ki, sentyabrın 27-dən oktyabrın 12-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərinin artilleriya atəşinə tutması nəticəsində qəsəbə ərazisindəki yaşayış binalarına xeyli ziyan dəyib.
O vurğulayıb ki, düşmən tərəfindən törədilən terror əməllərinə baxmayaraq, qəsəbə sakinləri evlərini tərk etməyib.
Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Tərtər, Ağdam və Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Tərtər rayon Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
VİDEO: Elçin Murad
17:47
Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.
Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir. 17:20
16:00
15:02
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Süleymanlı kəndinin videogörüntüsünü yayıb.
Həmin videogörüntünü təqdim edirik.
[embed]https://www.youtube.com/watch?v=X4b9j2cC1zQ[/embed]13:49
Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.
Həmin məntəqələrin fəaliyyəti ilə bağlı hazırlanan videosüjeti təqdim edirik.
[embed]https://youtu.be/ARnVit67-OU[/embed]12:00
[embed]https://www.youtube.com/watch?v=lYECURUxX-g[/embed]
11:42 "Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir"
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
10:56
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu yenidən atəşə tutur.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Oktyabrın 12-si səhər saatlarından etibarən düşmən yenidən dinc sakinləri hədəf alaraq, Tərtər rayonun ətraf kəndlərinə ağır artilleriya ilə 20-dən çox top mərmisi atıb. Nəticədə Kəngərli kənd sakini xəsarət alıb, mülki evlərə ziyan dəyib. 09:55
Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 09:25
Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. 09:23
Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.
Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.
Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.
Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.
Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb. Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.
09:20
Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb.
Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.
Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.
Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb. Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.