Canlı bloq: "Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək" - [yenilənib]

Canlı bloq: "Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək" - [yenilənib]
14 Oktyabr 2020
Mətni dəyiş

17:50

Ermənistan silahlı qüvvələri növbəti təxribatı törədərək Füzuli rayonu ərazisinə 2 raket atıb. "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının məlumatına görə, mülki əhaliyə yönəlmiş raketlər rayonun 2 kəndində əkin sahələrinə düşüb. Raketlər düşdüyü ərazilərdə dərin çuxurlar əmələ gətirib. ​Döyüşlərin başladığı ilk gündən Ermənistan ordusu tərəfindən təxribata məruz qalan kənd sakinləri bildiriblər ki, düşmənin atdığı mərmilər onları qorxutmur. Əhali arasında yüksək əhvali-ruhiyyə var. Qeyd edək ki, bundan öncə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu ərazisinə atdığı mərmilər nəticəsində xeyli sayda yaşayış evi dağılaraq yararsız hala düşüb. [embed]https://youtu.be/sP4SqmHh_5g[/embed]

17:30

Azərbaycan Müdafiə Nazirliyi: Məhv edilən düşmən ƏTRK-nin start mövqeyinə çıxarılmasının videogörüntüləri Bölmələrimiz tərəfindən məhv edilən Ermənistan silahlı qüvvələrinə məxsus əməliyyat-taktiki raket komplekslərinin (ƏTRK) mülki əhalimiz və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini təqdim edirik. [embed]https://www.youtube.com/watch?v=Fi8yGuzQors&pbjreload=101[/embed]

13:48

Azərbaycan Müdafiə nazirliyi: Düşmənin daha bir PUA-sı məhv edilib. Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. 12:18

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan müdafiə nazirliyi etiraf etdi ki, atəş zərbəsi ilə sıradan çıxarılan əməliyyat-taktiki raket kompleksləri (ƏTRK) Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda, mülki obyekt və infrastrukturun olmadığı ərazidə tam döyüş növbəsində və tətbiqə hazır vəziyyətdə olub.

Həmin ƏTRK-lar Azərbaycan ərazisindəki mülki obyektləri və infrastrukturu hədəfə almışdı. Ermənistan müdafiə nazirliyinin guya Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinə atəş açılmaması barədə bəyanatları isə açıq-aşkar yalandır.

Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin məhz Ermənistan ərazisindən atəşə tutulması danılmaz faktdır. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəf və maraqları yoxdur. Əksinə, Ermənistan öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqla qəsdən münaqişənin coğrafiyasını genişləndirmək məqsədini güdür. Bildiririk ki, mülki əhalimiz və yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəflərin zərərsizləşdirilməsi hüququnu Azərbaycan bundan sonra da özündə saxlayır.

11:19

Azərbaycan Müdafiə Nazirliyi: Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

09:52

Oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən (MN) məlumat verilib.

"Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi.

Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədi ilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb.

Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilmişdi.

Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmayıb", - MN-in məlumatında bildirilib.

09:17

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir. Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Oktyabrın 14-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə şəhərin mərkəzinə bir necə top mərmisi atıb. Nəticədə bir mülki şəxs ölüb. Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.

08:57

Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.

Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Səhər saatlarından başlayaraq, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

08:55

Bu gün saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir-neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilir ki, bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənib: "Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədlilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Nəticədə atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi tərəfimizdən zərərsizləşdirilib. Bildiririk ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun