10:47
Oktyabrın 10-dan 11-nə keçən gecə itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. [embed]https://youtu.be/uUFy7BHWaHM[/embed]09:32
Düşmənin 1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilir ki, hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir.
Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var. 09:29
Oktyabrın 10-dan 11-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit olub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Gecə ərzində düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alınıb.
Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilib və sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun işğal etdiyi ərazilərdəki əsas qüvvələri və ehtiyatlarına ciddi ziyan vurulub, silah-sursat və yanacaq tükənmək üzrədir. Ermənistan hərbi komandanlığı psixoloji gərginlik, şəxsi heyət isə qorxu içindədir. Erməni əsgərlərin komandirlərinə inamı itib. 1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb. Hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir. Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir. [embed]https://youtu.be/xtwoVTZvCVo[/embed] 09:25Bu gün səhər saat 08:00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
09:00
Düşmənin 1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilir ki, hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir.
Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var. 08:13
"İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir"
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 04 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb.
Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. 07:32
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.
Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur. 07:15
Düşmənin təxribat və dezinformasiya fəaliyyətləri davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, sosial şəbəkələrdə Bakı şəhərinin atəşə məruz qalması barədə yayılan məlumatlar yalandır və düşmən dezinformasiyasının növbəti təzahürüdür. 07:04
"İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir"
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.