"Maraqlıdır ki, 3-cü maddədə tərəflərin Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara başlayacağı vurğulandığı halda, bunu ayrıca maddə şəklində bir daha qeyd etməyə ehtiyac duyulub. Aydındır ki, Rusiyanın təklifi, israrı ilə"
Bu sözləri politoloq Şahin cəfərli bildirib.
Politoloq deyir ki, bu, həm Türkiyənin həll prosesinə qoşulacağına dair söhbətlərə cavabdır, həm də Türkiyənin özünə mesajdır.
"Razılaşma üç ölkə rəhbəri - Putin, İlham Əliyev və Paşinyan arasında əldə edilib.
Bu məqam bəyanat mətninin girişində qeyd olunub. Dördüncü (sonuncu) maddədə isə yazılıb: "Tərəflər danışıqlar prosesinin formatının dəyişməzliyini təsdiqləyir." Maraqlıdır ki, 3-cü maddədə tərəflərin Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara başlayacağı vurğulandığı halda, bunu ayrıca maddə şəklində bir daha qeyd etməyə ehtiyac duyulub. Aydındır ki, Rusiyanın təklifi, israrı ilə... Bu, həm Türkiyənin həll prosesinə qoşulacağına dair söhbətlərə cavabdır, həm də Türkiyənin özünə mesajdır. Baza prinsiplərinin nə olduğu haqqında səhər yazaram", - deyə politoloq Şahin Cəfərli bildirib.