BMT TŞ-də Qarabağa dair məsləhətləşmələr keçiriləcək

BMT TŞ-də Qarabağa dair məsləhətləşmələr keçiriləcək
17 Oktyabr 2020
Mətni dəyiş

RF, ABŞ və Fransanın sorğusu əsasında oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı məsləhətləşmələr keçiriləcək. Bu barədə RF-nın BMT yanında daimi nümayəndəliyinin mətbuat katibi Fyodor Strjijovski oktyabrın 17-də “İnterfaks” agentliyinə bildirib.

Bundan əvvəl BMT TŞ Dağlıq Qarabağda münaqişənin eskalasiyası ilə bağlı qapalı məsləhətləşmələr keçirib. 29 sentyab görüşünün yekunlarına əsasən TŞ üzvləri Azərbaycan və Ermənistanı hərbi əməliyyatların dərhal dayandırılmasına və danışıqlara qayıtmağa çağırıblar. Moskvada aparılan danışıqlar nəticəsində tərəflər oktyabrın 10-dan atəşkəs haqda razılığa gəliblər, lakin elə həmin gün Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda ittiham ediblər.

Ermənistan Moskvaya Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşə hərbçilər göndərib, amma Bakı analoji addımdan imtina edib. Bu barədə oktyabrın 16-da axşam Ermənistanın baş nazirinin mətbuat katibi Mane Gevorkyan TASS agentliyinə bildirib.

Bununla yanaşı Bakı və Yerevan bir-birini raket zərbələrində ittiham edirlər.

Oktyabrın 17-nə keçən gecə Bakı Ermənistanı Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirməkdə ittiham edib. Öz növbəsində, Ermənistan XİN bildirib ki, Azərbaycanın pilotsuz uçuş aparatları ölkənin cənubunda hərbi obyektlərə zərbələr endirib, DW bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun