“Türkiyə hökuməti Azərbaycana dəstək verməklə doğru mövqe sərgiləyir" Abzas.net xəbər verir ki, bu sözləri Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener deyib. Akşener bildirib ki, biz bu mövqeni dəstəkləyirik. Ümid edirəm ki, bu vəsilə ilə gözlərini, ürəklərini ixvan coğrafiyasından alıb türk dünyasına yönəldərlər. Ümid edirəm ki, keçmişimizin və gələcəyimizin bu müqəddəs coğrafiyasının nə anlamına gəldiyini başa düşərlər. Ümid edirəm ki, keçmişdə olduğu kimi, bu dəfə qardaşlığımızın ruhuna zidd addımları bir daha atmazlar.
“Bizim ən böyük gücümüz Azərbaycanın haqlı olmağıdır. Bu gerçəyi doğru zaman və zəmində ortaya qoya bilsək, nəticə ala biləcəyik. Ermənistanın işğalçı olması, Azərbaycan ərazilərinin 20 %-nin işğal altında olması, əlimizdəki güclü kartdır. Bu kartı doğru istifadə etməliyik”, - partiya sədri vurğulayıb.