Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində saat 21-dən 5-dək komendant saatı tətbiq olunur.
“Kabar” xəbər verir ki, bu barədə şəhər komendantı Almaz Orozəliyev əmr imzalayıb. Bununla yanaşı, paytaxta giriş-çıxışın xüsusi qaydaları də tətbiq olunub.
Bundan əvvəl Prezident Sooronbay Jeyenbekov paytaxt Bişkekdə yaranmış gərginliyə görə fövqəladə vəziyyətin tətbiqinə dair fərman imzalamışdı.
Həmçinin Bişkək şəhərindəki kütləvi iğtişaşlara dair başlanan cinayət işi çərçivəsində Dövlət Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin birgə əməliyyatı ilə sabiq prezident Almazbek Atambayev, həmçinin DMTK-nin sabiq əməkdaşı Kanat Sağımbayev və DMTK-nin 9-cu idarəsinin keçmiş rəhbəri Dəmir Musakeyev saxlanılıb.
Xatırladaq ki, oktyabr ayının 4-də keçirilən parlament seçkilərindən sonra paytaxtda müxalifət tərəfdarları küçələrə çıxaraq parlament binasını ələ keçirmişdilər. Baş verən toqquşmalar nəticəsində bir nəfər ölüb, 1200dək də xəsarət alıb. Baş nazir Kubatbek Boronov isə istefa verib. (report)