Beynəlxalq təşkilatların rəhbərləri Gəncə və Mingəçevirə aparılır

Beynəlxalq təşkilatların rəhbərləri Gəncə və Mingəçevirə aparılır
12 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizdə olan diplomatik qurumların və beynəlxalq təşkilatların rəhbər və nümayəndəliklərinin Gəncə və Mingəçevirə aparıldığını bildirib.

Hikmət Hacıyev bu barədə öz tvitter hesabında məlumat verib. O əlavə edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik korpusları, səfirləri, nümayəndə heyətlərinin rəhbərlərini, hərbi attaşelərini, beynəlxalq təşkilatların rəhbərlərini Ermənistanın günahsız mülki insanlara və kritik enerji infrastrukturuna etdiyi raket hücumlarının cinayət səhnələrinə baxmaq üçün sözügedən şəhərlərə aparır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun