Beynəlxalq Qırmızı Xaç Komitəsi atəşkəsi alqışlayır, neytral vasitəçi kimi yardım göstərməyə hazırlığını bildirir

Beynəlxalq Qırmızı Xaç Komitəsi atəşkəsi alqışlayır, neytral vasitəçi kimi yardım göstərməyə hazırlığını bildirir
11 Oktyabr 2020
Mətni dəyiş

“Beynəlxalq Qırmızı Xaç Komitəsi uzun illər dünya boyu münaqişələrdə neytral vasitəçi rolunu oynayıb və biz ümid edirik ki, bu əməliyyat tez bir zamanda həyata keçirilər ki, döyüş zamanı ölən insanların cəsədləri sevdikləri insanlara təhvil verilə və onlar ləyaqətli şəkildə dəfn edilə bilsin,” Cenevrədə Komitənin Avrasiya üzrə regional direktoru Martin Şuepp bildirib. “Biz həmçinin saxlanılan şəxslərin ailələrinə qovuşmaları üçün sərbəst buraxılmasına yardım etmək üçün buradayıq,” o əlavə edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsisi həmçinin bəyanatda bildirib ki, onlar münaqişə sentyabrın sonunda başladığı zaman humanitar ehtiyacları qarşılamaq və tərəflər arasında neytral vasitəçi olmağı təklif edib. Komitə siyasi danışıqlarda iştirak etmədiyini də vurğulayıb.

Komitənin bəyanatında bildirilir ki, silahlı münaqişələrlə bağlı beynəlxalq humanitar qanuna əsasən, münaqişə tərəflərinin ölənlərin hansı tərəfdə vuruşmasından asılı olmayaraq toplayaraq, evakuasiya etmək öhdəliyi var. Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfləri ölülərin kimliklərinin beynəlxalq humanitar qanuna əsasən müəyyənləşdirilməsi üçün texniki yardımla təmin edə və cəsədlərin qaytarılmasına vasitəçilik edə biləcəyini qeyd edib.

“Biz tərəflərlə müntəzəm danışıqlar aparırıq. Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin saxlanılanların və insanların nəşlərinin təhvil verilməsinə yardımımızı, o cümlədən komandalarımızın logistika və təhlükəsizlik təminlatlarını müzakirə etmək üçün danışıqlara hazır olduğumuzu ifadə etmişik. Biz bu razılığın həftələrlə davam edən intensiv döyüşlərdən sonra ailələrin əhəmiyyətli dərəcədə rahatlanma mənbəyi olacağına ümid edirik ki” Şuepp əlavə edib.

Bəyanatda qeyd olunur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi 2016-ci ilin aprelində də tərəflərə oxşar əməliyyatların həyata keçirilməsində yardım edib. "O zaman koordinasiya edilmiş səylər nəticəsində ölən insanların cəsədləri ailələriə təhvil verilmişdi və münaqişə 1992-ci ildə başlayandan bəri itkin düşən 4500 nəfərlik siyahının artmasının qarşısı alınmışdı", bəyanatda bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun