Belarusun daxili işlər naziri əvəz edildi

Belarusun daxili işlər naziri əvəz edildi
30 Oktyabr 2020
Mətni dəyiş

Belarus daxili işlər naziri Yuri Karayeu Lukaşenkoya qarşı həftələrdir davam edən etiraz nümayişləri boyunca təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı canlı qüvvədən istifadə edə biləcəyini söyləməsindən bir gün sonra əvəz edilib.

Oktyabrın 28-də Yuri Karayeu hüquq-mühafizə orqanlarının polisə qarşı "təxribat və ya terror hücumu" həyata keçirən nümayişçilərə qarşı döyüş silahından istifadə edə biləcəyini də deyib.

Dövlət mediası 29 oktyabrda Karayeunun yerinə Minsk şəhər polis idarəsinə rəhbərliyinə yenicə təyin edilmiş İvan Kubrakunun gətirildiyini bildirib.

Karayeu Qərbi Hrodna bölgəsində prezident köməkçisi vəzifəsinə təyin edilib. Daxili işlər nazirinin müavini Alyaksandr Barsukou isə Minskdə prezident köməkçisi edilib.

Lukaşenkoya ətrafındakı yüksək təhlükəsizlik vəzifələrində olanların sarsılması və yeni təyinatların ölkə daxilində, xüsusən də paytaxtda- etirazların episentrində təhlükəsizliklə bağlı sərtləşmədən xəbər verir.

Karayeu etirazçılara qarşı gücdən istifadə etməsi səbəbindən Avropa İttifaqının sanskiaylar tətbiq editiyi vəzifəlilər sırasındadır.

Yerli KİV Lukaşenkoya istinadən xəbər verir ki, köməkçilərin səlahiyyətləri genişləndiriləcək.

Belarus 9 avqustda keçirilən mübahisəli prezident seçkilərindən bəri davamlı etirazlara səhnə olub.

Lukaşenko rejimi etirazlara qarşı güc tətbiq edərək, işgəncə və döyülmə ilə onlara cavab verib. Etrirazlarda 10 mindən çox insan saxlanılıb, media mənsublarına hücumlar olub.

9 avqust seçkisindən sonra qalib gəldiklərini bildirən müxalifət liderlərinin əksəriyyəti həbs olunub və ya ölkədən qaçmaq məcburiyyətində qalıb.

Həm Avropa İttifaqı, həm də ABŞ Lukaşenkonu Belarusun qanuni lideri kimi tanımaqdan imtina edərək, Qərb hökumətlərinin müxalifəti dəstəklədiklərini dilə gətirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun