On minlərlə insan Minsk və Belarusun digər şəhərlərində küçələrə çıxaraq, müxalifətin təhdid etdiyi ümummilli tətildən bir gün əvvəl prezident Aleksandr Lukaşenkoya istefa verməyi rədd edəcəyi təqdirdə təzyiq göstərməyə davam edir.
"Tətil" şüarları səsləndirən insanlar əllərində qırmızı və ağ bayraqlar dalğalandıraraq paytaxt küçələrindən keçib.
Minsk metrosunun on iki stansiyası bağlanıb, dəbilqəli çevik polis qüvvələri küçələrdə keşik çəkib, mobil internetin işində fasilələr yaranıb. Yerli Jurnalistlər Birliyinin verdiyi məlumata görə, etiraz aksiyasından əvvəl iki jurnalist saxlanılıb.
Bundan əvvəl Belarus Daxili İşlər Nazirliyinin Minskdə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşma zamanı atışma barədə xəbərləri yoxladığı haqda məlumat verilmişdi.
Rusiyanın RİA Novosti xəbər agentliyi vilayət polis idarəsinə istinadən Belarusun qərbində Lida şəhərində keçirilən etiraz aksiyası zamanı polisin onlarla insanı saxladığı haqda xəbər verib. Agentliyin məlumatına əsasən, təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib.
Keçmiş sovxoz müdiri olan Lukaşenko 26 ildir hakimiyyətdədir və istefa vermək niyyətində deyil.
Onun seçkilərdə əsas rəqiblərinin çoxu Lukaşenkonun müxaliflərinin saxtalaşdırıldığı dediyi 9 avqust seçkilərindən sonra ya həbs, da ya sürgün edilib. Lukaşenko seçki nəticələrinin saxtalaşdırıldığını inkar edir.
Seçkilərdə onun əsas rəqibi olmuş və hazırda sürgündə yaşayan Svetlana Tixanovskaya Lukaşenko bütün siyasi məhbusları azad etməsə və yeni seçkilərə yol açmaq üçün istefa verməsə, bazar ertəsi günündən başlayaraq ümummilli tətilə çağırıb.
Lukaşenko ultimatuma məhəl qoymayacağını açıq şəkildə bildirib.
ABŞ, Avropa İttifaqı, Britaniya və Kanada seçki saxtakarlıqları və prezident seçkilərindən sonra insan haqları pozuntularında günahlandırılan bir sıra yüksək səviyyəli Belarus rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
Lukaşenko Qərb ölkələrini Belarusun daxili işlərinə müdaxilə etməkdə və ona qarşı üsyan qaldırmaq cəhdlərində günahlandırıb.