04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaq olub. 297 nəfər yaralanıb, onlardan 69 qadın, 32 uşaq olub.