Bağdadda İraq təhlükəsizlik qüvvələri və etirazçılar arasında toqquşmalar baş verib

Bağdadda İraq təhlükəsizlik qüvvələri və etirazçılar arasında toqquşmalar baş verib
26 Oktyabr 2020
Mətni dəyiş

İraq təhlükəsizlik qüvvələri bazar günü Bağdadda təhlükəsizlik qüvvələri və hökumət əleyhinə nümayişçilər arasında toqquşmaların olduğunu, hər iki tərəfdən mərmilərin atılması nəticəsində əksəriyyəti polis zabitləri olmaqla, ən azı 39 nəfərin yaralandığını bildirib.

Polis mənbələri təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qaz balonlarından istifadə edilməsi nəticəsində ən azı 7 nəfərin yaralandığını bildirib.

Hərbi sözçünün açıqlamasında təhlükəsizlik qüvvələrinin ən azı 32 üzvünün onun sözlərilə, dinc nümayişçilər arasında gizlənən qrup tərəfindən əl qumbaralarının atılması nəticəsində yaralandığı bildirilib.

Siyasətçilər dinc nümayişlərin qiyamçılar tərəfindən ələ keçirilərək, keçən il müşahidə olunduğu kimi zorakılıqlar dalğasına gətirib çıxara bilməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Hökumət əleyhinə yeni nümayişlər neftlə zəngin İraqda korrupsiya və imkanlardan məhrumiyyətlərlə əlaqədar baş verən kütləvi iğtişaşların ildönümünün bazar günü qeyd edildiyi gün keçirilib. İğtişaşlar nəticəsində 500-dən çox insan həyatını itirmişdi.

Günün əvvəli polis nümayişçilərin hökumət binalarına tərəf gedən körpüdəki barrikadaları keçməməsi üçün onlara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.

Səhər başlayan etiraz aksiyalarına nəzarət etmək və hökumət binaları və nümayişçilərin xarici nümayəndəliklərin yerləşdiyi güclü mühafizə olunan Yaşıl Zonaya aparan Cumhuriyyə körpüsündən keçməsinin qarşısını almaq üçün yerlərdə təhlükəsizlik qüvvələri yerləşdirilib.

Bazar günü etiraz aksiyaları keçən il Bağdadda və ölkənin cənubunda minlərlə insan və təhlükəsizlik və polis qüvvələri ilə qarşıdurmalarla nətilənən keçən ilki nümayişlərdən daha sakit şəraitdə keçib. Toqquşmalar əksəriyyəti gənc və işsiz olan nümayişçilərin şikəst edilməsi, ya da öldürülməsi ilə nəticələnmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun