Bərdənin qaz təchizatı bərpa olunub. Abzas.net xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yaradılan Qərargah məlumat yayıb.
Məlumata görə, belə ki, 2020-ci ilin oktyabrın 5-i saat 15:15-də Bərdə rayonu üzrə qaz təsərrüfatına baxış keçirilərək Bərdə şəhəri və 16 yaşayış məntəqəsinin qaz təchizatı bərpa olunub. Qeyd olunub ki, hazırda Bərdə rayonu tam olaraq təbii qazla təmin edilir