Azərbaycanın siyasi partiyaları BMT Baş katibini Ermənistanın işğalçı qoşunlarının çıxarılmasını təmin etməyə çağırıblar

Azərbaycanın siyasi partiyaları BMT Baş katibini Ermənistanın işğalçı qoşunlarının çıxarılmasını təmin etməyə çağırıblar
12 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycanın siyasi partiyaları BMT-nin baş katibi Antonio Quterreeşə müraciət ünvanlayıb və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamənin yerinə yetirilməsini təmin etməyə çağırıblar:

Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi partiya və ictimai hərəkatların rəhbərləri Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonunun 27 ildən çox davam edən işğalını pisləyir və birgə mövqeyimizi sizin diqqətinizə təqdim edirik.

1. Ermənistanın silahli qüvvələri davamlı təcavüzkar hərbi əməliyyatları ilə 1994-cü ildən qüvvədə olan atəşkəs razılaşması dəfələrlə pozulmuş və Ermənistan 27 sentyabr 2020-ci ildən Azərbaycana qarşı müharibə edir.

2. Ermənistanın silahlı qüvvələri son müharibədə dinc Azərbaycan əhalisinə qarşı “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil olan “9N235”, həmçinin “M85” bombacıqlarından istifadə edir.

3. Ermənistanın silahlı qüvvələri 27 sentyabrdan 11 oktyabradək Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrini ağır artileriyyadan açdığı atəşlər və endidiyi raket zərbələri nəticəsində 41 mülki şəxsin həlak oldub, 205 nəfərin yaralandıb, 146 mülki obyekt və 1165 yaşayış evi yarasız hala düşüb.

4. Ermənistan silahli qüvvələri 10 oktyabr 2020-ci ildə Moskvada Rusiya, Ermənistan və Azərbaycanın imzaladığı üçtərəfli humanitar atəşkəs razılaşmasını pozur, 11 oktyabr 2020-ci ildə gecə saat 2-də cənhə zonasından kənarda yerləşən çoxmənzillli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olmuş, 15 qadın, 6 azyaşlı uşaq olmaqla 31 nəfər yaralanıb.

5. Ermənistan silahlı qüvvələri qətlə yetirilmiş Azərbaycan həbiçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlərlə cinayət əməlləri törətməsinə dair sosial şəbəkələrdə video süjetlər paylaşılır ki, bu da 1-ci Cenevrə Konvensiyasnın 16 və 17-ci maddələrinin pozuntusudur. Qətlə yetirilmiş hərbçilərin kimliyinin müəyyən edilib Azərbaycana təhvil verilməsində ciddi problemlər vardır.

6. Ermənistan "Müharibə qurbanlarının müdafiəsinə dair" 12 avqust 1949-cu il Cenevrə Konvensıyasının tələblərini, BMT-nin İnsan Hüquqları Komissiyasının 58-ci sessiyasının qəbul etdiyi "İtkin düşmüş şəxslər haqqında", habelə "Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında" qətnamələrini pozur.

7. Ermənistan silahlı qüvvələri Azərbaycan vətəndaşlarının beynəlxalq hüquqla tanınan insan hüquq və azadlıqlarını sistemli şəkildə və qeyri-insani formada kütləvi surətdə pozur. BMT Baş Məclisinin Vyana Bəyannaməsində (1993-cü il) və onun fəaliyyət proqramına görə, silahlı münaqişə şəraitində qadınların insan hüquqlarının pozulması beynəlxalq hüququn əsas prinsiplərinin pozulması kimi dəyərləndirilməli və belə əməllərə görə ən ciddi tədbirlər görülməlidir. Bu mövqe BMT Baş Məclisinin "Qadınlara münasibətdə zorakılığın aradan qaldırılması haqqında Bəyannamə"sində və Pekin Bəyannaməsində 1995-ci ildə öz əksini tapmışdır.

8. Ermənistan silahlı qüvvələri Azərbaycanın enerji infrastrukturunu və beynəlxalq əhəmiyyətli boru kəmərlərini hədəfə alır. Belə ki, böyük su rezervuarına malik "Mingəçevir" su elektrik stansiyası və Avropaya istiqamətlənən Bakı-Tiflis-Ərzurum qaz kəmərinə, Bakı-Tiflis-Ceyhan neft kəmərinə təhlükə yaradır. Ermənistanın yaratdığı təhlükə Avropanın enerji təhlükəsizliyinə ciddi risklər törədir.

Odur ki, biz Sizdən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın ərazisini tərk etməsini üçün münaqişə ilə bağlı 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrinin icra olunmasını və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını xahiş edirik.

Bu qətnamələrin icra edilməməsi nəticəsində Azərbaycanda 1 milyon məcburi köçkün yaranmışdır ki, onlar arasında da hüquqları kütləvi şəkildə pozulan qadın və uşaq üstünlük təşkil edir.

Hörmətlə,

Azad Demokratlar Partiyası, sədr Sülhəddin Əkbər

Azərbaycan Ədalət Partiyası, sədr, professor İlyas İsmayılov

Azərbaycan Demokratiya və Rifah Hərəkatı, sədr, professor Qubad İbadoğlu

Azərbaycan Xalq Partiyası, sədr, keçmiş baş nazir Pənah Hüseyn

Azərbaycan Yüksəliş Partiyası, sədr Anar Əsədli

Haqq və Ədalət Partiyası, sədr, professor Əli İnsanov

Milliyətçi Demokratlar Partiyası, sədr İlyas Abdullayev

Real Partiyası, baş katib Natiq Cəfərli

Ümid Partiyası, sədr İqbal Ağazadə

Vahid Azərbaycan Milli Birlik Partiyası, sədr, professor Hacıbaba Əzimov

Vətəndaş və İnkişaf Partiyası, sədr Dr. Əli Əliyev

FAR centre, sədr, keçmiş səfir, Dr. Hikmət Hacızadə

Şərq və Qərb Araşdırmalar Mərkəzi, sədr Ərəstun Oruclu

Təhlükəsizlik məsələləri üzrə ekspert, İlham İsmayıl.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun