Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub. Bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda deyilir. Müdafiə Nazirliyi bu məlumatı şərh etmir.
Əslən Qubadlı rayonundan olan Ş.Həmidov 2016-cı ildə batalyon komandiri olduğu dönəmdə Qəhrəman adına layiq görülmüşdü. O və tabeliyində olanlar Azərbaycanın cənubunda Cəbrayıl rayonu Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi zamanı gedən döyüşlərdə fərqlənmişdilər.
Ş.Həmidov Azərbaycan Silahlı Qüvvələrinin sağ ikən bu yüksək ada layiq görülən yeganə hərbçisi idi.