2020-ci ilin yanvar-iyun aylarında ölkədə 31016 ölüm halı qeydə alınıb.
Bu barədə məlumatı Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) yayıb.
Qurum bildirir ki, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6.3 təşkil edib.
DSK ötən ilin eyni dövründə (yanvar-iyun ayları) isə Azərbaycanda 28745 ölüm halı qeydə alındığını açıqlamışdı. (Hər 1000 nəfərə 5.9)