Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında çoxsaylı artım olduğu bir vaxtda baş nazir Əli Əsədovun qərarı ilə xüsusi karantin rejimi dövründə Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb.
Qərar 2020-ci il oktyabrın 14-dən qüvvəyə minir.
Azərbaycanda orta məktəblərdə isə koronavirusa yoluxan şagirdlərin sayı 4 dəfə azalıb.
Oktyabrın 13-də Azərbaycanda orta məktəblərdə 14 şagird (oktyabrın 12-də 52 şagird olub-red) və 4 işçidə koronavirus aşkarlanıb.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, bu gün 13 şagirdin, 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Oktyabrın 13-də 4 məktəb və 2 sinif distant təhsilə keçib.
İndiyə qədər ölkə üzrə 24 məktəb, 52 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.