Azərbaycan XİN başçısının həmsədrlərlə görüşünün vaxtı dəyişdirilib

Azərbaycan XİN başçısının həmsədrlərlə görüşünün vaxtı dəyişdirilib
29 Oktyabr 2020
Mətni dəyiş

Bu gün Cenevrədə keçirilməsi planlaşdırılan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasındakı görüş sabaha (oktyabrın 30-na) təxirə salınıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərindən yeni görüş vaxtının təsdiqləməsini gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun