Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda daha 8 kəndi işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev “Twitter” hesabından post paylaşıb.
Açıqlamada deyilir: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"