"Azərbaycan Dağlıq Qarabağı tam olaraq tutmaq istəyir" - Nikol Paşinyan

"Azərbaycan Dağlıq Qarabağı tam olaraq tutmaq istəyir" - Nikol Paşinyan
14 Oktyabr 2020
Mətni dəyiş

"Azərbaycan Dağlıq Qarabağı tam olaraq tutmaq istəyir. Münaqişə zonasında vəziyyət pisdir". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib. Paşinyan daha sonra öz xalqına deyb ki, Azərbaycan addım addım bu nöqtəyə çatmağa çalışıb. Bizim qarşımızda Bakı 5 rayon vermək, daha sonra ikisini qaytarmaq və Azərbaycan daxilində Qarabağ respublikası yaratmaq tələbini qoymuşdu. Bizə bu rayonları status əvəzinə deyil sülh əvəzinə vemək təklif edilmişdi. Əks halda deyilmişdi ki, müharibə olacaq. Bizim hakimiyyət buna razı ola bilməzdi. Paşinyan etiraf etdi ki, Ermənistan böyük itkilər verib. "Mən həlak olanlar qarşısında boyun əyirəm və onların itkisini şəxsi itkim sayıram", - deyə o, söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun