Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Hünər Məmmədov silahdaşları Elvin Mədətəov və Rüfət Əsədullayev ilə birlikdə hərbi əməliyyatlar zamanı düşmənin 7 tankını, 1 PDM, 1 silah-sursat dolu avtomobil texnikası və 2 müşahidə məntəqəsini məhv edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb və əsgərin fotosunu dərc edib.
“Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!”, - məlumatda deyilir.