Avropa koronavirusun ikinci dalğası ilə üzləşır

Avropa koronavirusun ikinci dalğası ilə üzləşır
12 Oktyabr 2020
Mətni dəyiş

Koronavirusun ikinci dalğası ilə üzləşən Avropa ölkələri yeni qapanma tədbirləri görürlər.

Ümumdünya Səhiyyə Təşkilatı cümə günü bildirib ki, dünya boyu rekord 350,000 yoluxma halından təxminən üçdə biri Avropada qeydə alınıb.

Şənbə günü Portuqaliya, Niderland, Polşa və Rusiyada gündəlik yoluxmalar rekord səviyyəyə çatıb.

Çex Respublikası cümə günü gündəlik yoluxma hallarının ardıcıl olaraq dörd gün rekord səviyyəyə çatdığını bildirib. İtaliya, Fransa, Almaniya və Ukrayna da cümə günü yoluxma hallarında kəskin artım müşahidə olunub.

İspaniya isə yenə Avropada yoluxmaların episentrinə çevrilib. Belə ki, orada cümə günü 7,000 nəfərin virusa yoluxduğu bildirilib ki, bu, iyun ayında qeydə alnan ən aşağı 134 yoluxma halı ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

İspaniya höküməti regional məhkəmənin məhdudiyyətlərin aradan qaldırılmasına dair qərarından sonra cümə günü Madrid və ətrafında yaşayan bir neçə milyon insan üçün qapanma tədbirlərini yenidən tətbiq etmək məqsədilə fövqəladə vəziyyət elan edib.

Londonun meri Sadiq Xan cümə günü radio müsahibədə deyib ki, Britaniya paytaxtında məhdudiyyətlər “qaçılmazdır,” çünki Londonda yoluxma halları yenidən artmağa başlayıb. Xan yeni məhdudiyyətlə bağlı detalların növbəti həftə açıqlanacağını bildirib.

Koronavirusa yoluxma və ölüm hallarına görə birinci yerdə gələn Birləşmiş Ştatlarda isə prezident Donald Tramp şənbə günü Ağ Evin eyvanında böyük bir izdihamın önündə çıxış edib. Bu, onun bu yaxınlarda koronavirus testi müsbət çıxandan bəri iştirak etdiyi ilk ictimai tədbirdir.

Trampın tədbiri Cons Hopkins Universiteti ABŞ-da son iki ayda rekord gündəlik yoluxma hallarının qeydə alındığını açıqlamasından sonra keçirilib.

Cons Hopkinsin məlumatına görə, cümə günü ABŞ-da ardıcıl olaraq üçüncü gün yoluxma halları 50,000-i ötüb. Belə ki, həmin gün 57,420 yeni yoluxma qeydə alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun