ATƏT Minsk Qrupunun Həmsədrləri tərəfləri atəşkəsə riayət etməyə səsləyir

ATƏT Minsk Qrupunun Həmsədrləri tərəfləri atəşkəsə riayət etməyə səsləyir
26 Oktyabr 2020
Mətni dəyiş

25 oktyabrda yaydıqları bəyanatda ATƏT Minsk Qrupunun Həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stephane Visconti və ABŞ-dan Andrew Schofer) Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri və ABŞ Dövlət Katibinin Müavini Stephen Biegunla görüşərək müzakirə apardıqlarını qeyd ediblər.

“Həmsədrlər tərəfləri öz öhdəliklərinə müvafiq olaraq 10 oktyabdra Moskva Birgə Bəyanatının bütün aspektlərini icra etmək üçün təcili addımlar atmağa çağırır,” deyə ATƏT vasitəçiləri bu öhdəliklərin Parisdə 18 oktyabrda yenidən təsdiqləndiyini vurğulayıblar.

Həmsədrlər həmçinin tərəflərə atəşin dərhal dayandırılması və substantiv danışıqların yenidən bərpa olunması yönümündə üzərlərinə götürdükləri öhdəlikləri xatırladıblar.

"İntensiv diskussiyalarda Həmsədrlər və Xarici İşlər Nazirləri təcili humanitar atəşkəsin icrası, atəşkəsin monitorinqinin mümkün parametrləri və 10 oktyabr Birgə Bəyanatına uyğun olaraq hərtərəfli həll yolunun təməl substantiv elementləri barədə müzakirələrə start verməyi müzakirə etdilər."

Həmsədrlər və Xarici İşlər Nazirləri 29 oktyabrda Cenevrədə görüşmək barədə razılıq əldə ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun