“ATƏT-in Minsk Qrupu öz mandatını yerinə yetirməyib, bunu dəyişmək lazımdır”

“ATƏT-in Minsk Qrupu öz mandatını yerinə yetirməyib, bunu dəyişmək lazımdır”
23 Oktyabr 2020
Mətni dəyiş

"ATƏT-in Minsk Qrupu öz mandatını yerinə yetirməyib, bunu dəyişmək lazımdır. Mən münaqişənin tezliklə və sülh yolu ilə həllinə, habelə azərbaycanlılar, ermənilər və başqa xalqların yenidən sülh, anlayış və harmoniya içərisində yaşayacaqları günlərə qayıdacaqlarına ümid edirəm".

Bu sözləri Böyük Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Blackman deyib.

Parlamentari deyib ki, o, bir neçə dəfə Azərbaycana səfər edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəb olduğu faciəni öz gözlərilə görüb. Onun sözlərinə görə, təxminən 30 ildir azərbaycanlılar məcburi köçkün və qaçqın həyatı yaşayır:

“Buna baxmayaraq, Azərbaycan hökuməti məcburi köçkün və qaçqınları yaşayış yerləri ilə təmin etmək üçün hər bir lazımi addımı atıb. Lakin bu insanların hamısının bir arzusu var: öz torpaqlarına geri qayıtmaq!”

İngilis deputat Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalisinin atəşə tutulmasını pisləyib:

“Mən Ermənistanın birbaşa təmas xəttindən uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalisini atəşə tutmasını xəbərini eşidəndə çox narahat oldum. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

Bob Blackman bu münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və müəyyənləşdirilmiş sərhədləri daxilində baş verdiyini deyir:

“BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Dağlıq Qarabağ regionu və işğal olunmuş ətraf 7 rayondan çıxması ilə bağlı 4 qətnaməsi Ermənistan tərəfindən icra edilməyib. Bu münaqişədə vasitəçilik edən ATƏT-in Minsk Qrupu öz mandatını yerinə yetirməyib, bunu dəyişmək lazımdır. Mən münaqişənin tezliklə və sülh yolu ilə həllinə, habelə azərbaycanlılar, ermənilər və başqa xalqların yenidən sülh, anlayış və harmoniya içərisində yaşayacaqları günlərə qayıdacaqlarına ümid edirəm”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun