"Rusiya ABŞ və Fransanın dəstəyi ilə təkrar diplomatik təmaslar yürüdə bilər, tərəflərə deyər ki, sizi tək buraxmaq olmaz, atəşkəsə riayət olunmur, biz də müəyyən edə bilmirik ki, atəşkəsi birinci kim pozur, burada başqa, üçüncü tərəflər də maraqlı ola bilər, ona görə də, gəlin, atəşkəsin təminatı üçün bir mexanizm müəyyənləşdirək, əraziyə bizim sülhməramlı qüvvələrimiz yerləşsin, sonra rahat-rahat substantiv danışıqlarımızı aparaq"
Bu sözləri politoloq Şahin Cəfərli bildirib.
Cəfərli deyir ki, "Yox, qətiyyən mümkün deyil" deyə düşünənlərə baza prinsiplərini oxumağı məsləhət görürəm. Azərbaycanın qəbul etdiyi və bu gün də dəstəklədiyi həmin prinsiplərə görə, çözüm prosesinin 2 mərhələsində "təhlükəsizlik təminatı" nəzərdə tutulur. Birincisi, Dağlıq Qarabağa müvəqqəti status verilən zaman, ikincisi, yekun status müəyyən edildikdən sonra. Qüdrətli həmsədr ölkələrin basqısı ilə bu prinsiplərin yerinə yetirilmə ardıcıllığı dəyişə və "təhlükəsizlik" məsələsi önə keçirilə bilər. Daha bir 11 saatlıq görüşdə bunun olmayacağına hər hansı təminat yoxdur. Sarı öküz hekayəsini bilənlər bilir, sarı öküzü verməyəcəkdik.