Araik Arutunyan barəsində cinayət işi başlanıb və axtarışa verilib

Araik Arutunyan barəsində cinayət işi başlanıb və axtarışa verilib
30 Oktyabr 2020
Mətni dəyiş

Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.

Bunu Baş prokuror Kamran Əliyev brifinqdə deyib.

Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1 700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: "Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib".

Baş prokuror deyib ki, Araik Arutunyan, "müdafiə naziri" Cəlal Arutunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. O qeyd edib ki, həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib. Eyni zamanda, Azərbaycana qarşı hücumlarda əcnəbi muzdluların döyməsi faktları ilə bağlı cinayət işlərinin istintaqı davam edir.

Muzdluların qarşı tərəfdə döyüşməsi sübutlarla təsdiq olunub:

"Onların sırasında Gürcüstan, Fransa, ABŞ, Belarus və digər ölkələrdən olan ermənilər də var. Onlardan 6 nəfər barəsində beynəlxalq axtarış elan edilib".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun