Bu həftə ABŞ Senatında hakim Emi Koni Barretin Ali Məhkəməyə namizədliyinin təsdiq olunması üçün dinləmələr başlayıb. Ali Məhkəmədəki yer hakim Rut Beyder Ginsburqun ötən ay vəfatı nəticəsində boşalıb. Ali Məhkəmə hakimlərinin vəzifələri ömürlük, onların əlində isə böyük səlahiyyətlər olur. Ali Məhkəmədəki boş yeri doldurmaq üzərində mübarizə prezident Donald Trampla rəqibi Co Bayden arasındakı prezidentlik uğrunda yarışın diqqət mərkəzinə çevrilib.
Mühafizəkar hakim Emi Koni Barret Senat Demokratları tərəfindən sərt sorğu-sual edildiyi bir vaxt Ali Məhkəmənin önündə onun tərəfdarları və etirazçılar nümayiş keçirib. Ona irəli sürülən suallardan biri də onun noyabrda keçiriləcək seçkinin nəticəsində təsir göstərə biləcək məhkəmə işlərində səs verib-verməyəcəyi daxildir.
“Mən həmin şərtlər altında mənim səs verməyimim zəruri olub-olmadığını müəyyən etmək üçün məndən öncəki digər hakimlərin əl atdığı üsullardan istifadə edəcəyəm,” Ali Məhkəməyə namizəd hakim Emi Koni Barret bildirib.
Mühafizəkar hakimin təyin olunması prezident Donald Trampın seçki kampaniyası vədidir.
“Əgər Co Bayden və Demokratlar hakimiyyətə gəlsələr onlar Ali Məhkəməni Amerika cəmiyyətini birtərəfli qaydada tanınmayacaq hala gətirəcək ultra-solçu radikallarla dolduracaqlar,” - prezident Tramp bildirib.
Hazırda rəy sorğularında arxada gələn Tramp tez-tez yalnız seçki saxlatalaşdırdığı təqdirdə Demokrat namizəd Co Baydenə məğlub ola biləcəyini deyir. Seçki ilə bağlı onlarla məhkəmə işinin davam etdiyi bir vaxt, “dəyişkən ştatlarda” nəticələrin bir-birinə yaxın olması 2000-ci ildə Corc W. Buşla Al Qor arasındakı hadisənin təkrarlanmasına gətirib çıxara bilər. Həmin seçkinin nəticəsinə Ali Məhkəmə qərar vermişdi.
Konstitusiya üzrə ekspert Adam Vayt deyir ki, Tramp və bəzi Respublikaçıların Barretin məhkəmənin seçkidən sonra onların xeyrinə səs verməsini təmin etmək üçün təsdiq olunmasının zəruri olduğuna dair bəyanatları nəzakətsizlik görünüşü yaradır.
“Onlar bir düşüncə yaradıblar və Barret də məhkəmədə gördüyü iş vasitəsilə bu düşüncəni aradan qaldırmağa çalışmalıdır ki, məhkəməyə təyin olduğu zaman nə prezident Tramp nə də qanundan başqa heç kəs önündə cavabdeh olmadığını açıq aydın göstərsin,” o deyib.
Barret təsdiq olunsa Ali Məhkəmədə Respublikaçı prezidentlər tərəfindən təyin olunan altı, Demokratlar tərəfindən isə təyin olunan üç hakim olacaq.
Bayden qalib gəldiyi halda bəzi Demokratlar onun Ali Məhkəməyə daha çox hakim təyin etməsini istəyir, çünki onlar bunun məhkəmədə ideoloji baxımdan tarazlıq yaradacağını iddia edirlər. Respublikaçılar isə bunun qətiyyən əleyhinədir. Hakimlərin sayı konstitusiyada müəyyən olmasa da, 1869-cu ildə bəri yalnız doqquz hakim olub.
“Əgər əlavə hakim təyin olunsa kompromisə daxil olan kiçik koalisiyalar olacaq. Mən buna barter deməyəcəm, amma mən bunu getdikcə daha çox qanunvercilik kompromisləri olaraq görürəm nəinki prinsipial qərarlar toplusu,” Amerika Sahibkarlıq İnstitutundan Adam Vayt bildirir.
Bayden “məhkəməni doldurmağın tərəfdarı” olmadığını desə də, məsələ ilə bağlı danışmaqdan çəkinib və bunun əvəzinə diqqəti Demokratların Ali Məhkəmənin Obamanın dövrünə aid və amerikalıların sağlamlıq sığortasına çıxışını artıran qanunu ləğv edəcəyinə dair narahatlığa yönəldib.
“Barret Afordable Care Act adlı sığorta planından qurtulmaq istədiyini bildirib. Prezident də bu plandan qurtulmaq istəyir,” Co Bayden deyib.
Barret təkid edir ki, əgər onun namizədliyi təsdiq olunsa, onun hələ ki, Obamacare və ya abort haqları və eynicinslərin nikahı kimi siyasi baxımdan mübahisəli məsələlərlə bağlı bir qərarı yoxdur.