Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın RBK telekanalına müsahibəsində azərbaycanlıların Rusiya televiziyasına qarşı iradlarını bildirib. Belə ki, bu kanal Qarabağ müharibəsinin işıqlandırılması zamanı birtərəfli mövqe tutur, tok-şouda obyektivlik prinsipinə əməl olunmur. Moskva Şimali və Şərqi Avropa ölkələri Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Sıtin Moskva telekanallarında siyasi müzakirələrin daimi iştirakçısıdır. O, Turan İnformasiya Agentliyinin Rusiyanın təbliğatı və xarici siyasətinin bir çox aspektlərinə dair suallarını cavablandırıb.
- Siz Moskva telekanallarında siyasi tok-şoularda iştirak edirsiniz. Bizim sual bu verilişlərdə Rusiyanın qonşuluğunda baş verən bütün qaynar hadisələrin Rusiyanın dağılması, zəifləməsi üçün Qərb tərəfindən qərəzli olaraq törədilməsi kimi tamaşaçıya təqdim edilməsilə bağlıdır. Sanki qırğızların daxili ziddiyyətləri yoxdur, amma bunun nəticəsində indi orada siyasi münaqişə baş verir. Sanki Ermənistan Azərbaycan torpaqlarını işğal etmir, bəs Qarabağda müharibə niyə gedir (Moskva telekanallarında bu müharibə Ərdoğanın gəlişi kimi şərh olunur ki, bunun qarşısını almaq lazımdır). Sanki belaruslar 30 il ərzində Lukaşenkodan bezməyiblər və məsələ onda deyil ki, diktatorlar öz xalqı tərəfindən sevilmirlər, bütün məsələ orada Rusiyaya qarşı raketlər yerləşdirmək üçün Lukaşenkonu devirmək istəyən Qərbdədir. Ukraynada baş verən hadisələr də, prezident Nazarbayevin öz postundan getməsi də elə həmin mövqedən müzakirə olunur.
Niyə digər ölkələrdə baş verən hadisələrə baxış belədir? Məgər ermənilərin öz torpaqlarını genişləndirmək kimi banal istəyi və Azərbaycanın cavab müharibəsi ola bilməz? Azərbaycan ərazilərini Ərdoğan tutmayıb ki. Rusiyaya qarşı müharibəni ukraynalılar aparmırlar. Digər “qaynar nöqtələr” üzrə də belədir.
Rusiyalı politoloqların, televiziyasının Rusiya ətrafında münaqişələrə bu cür münasibəti qəsdən belədir ki, xalqı Qərbin qorxunc olması ilə aldatsın, yoxsa bu münaqişələr yalnız ruslara zərər vurmaq üçün baş verir?
- İnformasiya- təbliğat siyasəti, xüsusilə də televiziya bir sıra amillərlə müəyyən edilir. Şübhəsiz ki, hakimiyyətin məqsədli ideoloji quruluşu var. Onun əsasını cəmiyyətin birləşməsi ideyası təşkil edir. Son zamanlar sovet cəmiyyətini bir yerə toplayan ideologiyanın yaradılması məsələsi onun əmlak və hüquqi bərabərsizliyi ilə bağlı ziddiyyətləri aradan qaldıraraq Kreml ideoloqlarının işində mərkəzi yer tutur. Rusiya cəmiyyəti son dərəcə müxtəlifdir və ziddiyyətlərlə doludur, mənim fikrimcə, bu səylər uğursuzluğa məhkumdur.
Müvafiq olaraq, əgər sizə cəmiyyəti sıx birləşdirmək lazımdırsa və bu zaman siz ona maraqlı idarəetmə və mənəvi-ideoloji qərarlar təklif edə bilmirsinizsə, sizdə yalnız bir şey qalır – xarici təhlükə və düşmən niyyətlərindən, “xarici, əsasən də Amerikanın kulis arxası işlərindən” danışmaq. Bu, nə üçün silahlanma xərclərinin artması, bütövlükdə iqtisadiyyatın son dərəcə səmərəsiz qalması və korrupsiyanın səviyyəsinin hakimiyyət tərəfindən heç bir şəkildə korrektə olunmaması sualına gizli cavab verir. Bu, əsas deyil, əsas odur ki, hakimiyyət silahlı münaqişələr təhlükəsinin olmaması və “oğlanlarımızın müharibədə həlak olmaması” hesabına fiziki sağ qalmaq faktına zəmanət versin.
Amma vəziyyəti belə təsəvvür etmək kökündən yanlış idi ki, hakimiyyət öz ideoloji klişelərini cəmiyyətə zorla qəbul etdirir. Əslində, hakimiyyət xalqın böyük əksəriyyəti ondan nə gözləyirsə, o haqda danışır və onu edir. Əgər SSRİ-nin dirçəldilməsi və sosial ədalətin təntənəsi haqda “mənasız arzular”ı mötərizədən kənara qoysaq, onda etiraf etmək lazımdır ki, xarici təcavüz qarşısında qorxu - həm silahlı, həm də mədəni-iqtisadi - rus cəmiyyətinin, onun sosial və milli psixologiyasının əsas cəhətlərindən və dayaqlarından biridir. Bu psixologiya 85-90% sovet psixologiyası olaraq qalır. 30 ildən sonra etiraf etmək lazımdır ki, “yeni insan”ın yaradılması üzrə sosial-mühəndislik təcrübəsi uğurla nəticələnib. Bundan başqa bu “yeni sovet adamının xüsusiyyətləri təkrarlanır və miras qalır”. Rus insanın şüuru tamamilə imperiya xarakteri daşıyır. O, “hamının qorxduğu böyük ölkədə” yaşamalıdır. Bu olmadan o, özünü ziyan çəkmiş və məhrum olunmuş hiss edir. Ona “ümid və dayaq” olmalıdır, sərhədyanı xalqların himayədarı olmalıdır, baş verən hər şeyə müdaxilə etməlidir, barışdırmaq, mühakimə etmək və bağışlamaq, ən başlıcası isə onların ərazilərində dövlət- inhisarçı şirkətlərin hərbi bazaları və ya kapitalları qismində iştirak etməlidir. “Böyük qardaşın (ata)” kompleksini təmin etmədən rus xalqı xroniki olaraq bədbəxtdir.
Beləliklə, informasiya siyasətində biz özünəməxsus simbioz müşahidə edirik-hakimiyyətin ideoloji maraqları xalqın dərin gözləntilərinə uyğundur. Nəhayət, informasiya və beynəlxalq siyasət sahəsində hakimiyyət xalqın ondan gözlədiyi şeyləri edir.
Təbii ki, ermənilər və azərbaycanlılar, Baltik ölkələri xalqları və belaruslar, ukraynalılar və moldovanlar, qırğızlar və özbəklərin öz ziddiyyətləri və maraqları ola bilər və var. Lakin onların ehtiyacları və suveren maraqları dərindən yalandır və onlara “dünyanın kulis arxası” tərəfindən zorla qəbul etdirilir, çünki onların rus xalqı ilə böyük, güclü, qalibiyyət imperiyası çərçivəsində ittifaq/birləşmək kimi əsl maraqları gizli olaraq rusiyalılara sürükləyir. Böyük Vətən Müharibəsi dövründəki birlik - bu, təkcə mənəvi ideal deyil, bəlkə də bu qədər güc də deyil, lakin ilk növbədə, indi dərin xalq adlandırılmağa başlanılıb. Bəs televiziya? Hansı televiziya? O bu tələblərə cavab verir – bu qədər.
- Putin yenə də yeni silah, dünyada istənilən silahdan daha sürətli uçan raket nümayiş etdirdi. Aydındır ki, “aviadaşıyıcıların qatili”ndən (yeni raketi belə adlandırıblar) danışarkən məhz Amerika gəmiləri nəzərdə tutulur. Bundan öncə Putin digər raketləri, lazer toplarını və s. göstərmişdi. Eyni zamanda, Moskva dairəvi avtomobil yolunun arxasında RF kəndində sakinlər qaz və kanalizasiyasız yaşayırlar. Bu, nə fenomendir? Kremldə Amerika ilə ulduz müharibələrində yarışmaq qərarına gələn və maliyyə yükünə dözməyən SSRİ-nin dağılması səbəbini xatırlamırlar. Belə fikir var ki, Putin xalqı fasiləsiz olaraq yeni silahla sevindirərək hələ də “təki müharibə olmasın” şüarı ilə yaşayan və kasıb yaşamağa hazır olan rusiyalıların militarist əhval-ruhiyyəsini istismar edir. Dövlət üçün yeni raketlər yaratmaq daha ucuz və daha asandır, nəinki Rusiya ərazisi boyunca kanalizasiya və qaz təchizatı şəbəkəsi yaratmaq. TV-də nümayiş etdirilən sürətli raketlərdən biri ilə Putin öz populyarlığının zəifləməsi problemini həll edir. Ruslara raket daha vacibdir, nəinki keyfiyyətli həyat və Putin bunu bilərək seçkidə öz qələbəsinə xalqın militarist səylərinin dəstəyilə zəmanət verir. Belə düşünənlər haqlıdırmı?
- Mahiyyətcə, sizin sualınızın formulunda kifayət qədər tam cavab var. V.Putinə qazlaşdırma və kanalizasiya ilə məşğul olmaq maraqlı deyil. Onun nöqteyi-nəzərindən, burada mən də onunla nədəsə razılaşa bilərəm, bununla yerli hakimiyyət məşğul olmalıdır. Lakin insanların məişət şəraitinin yaxşılaşdırılmasına yönələn vəsait oğurlanır. Nəzərə almaq lazımdır ki, sovet dövründən fərqli olaraq, indi istənilən insan pul sayəsində özünü həm qazlaşdırma, həm elektrikləşdirmə, həm də kanalizasiya ilə təmin edə bilər. Pula görə sizə hər şeyi edəcəklər və fərdi qaydada çəkəcəklər. Lakin problem qismən yoxsulluqdan ibarətdir, qismən də ondan ibarətdir ki, mahiyyətcə, rus adamına, ifadəmə görə üzr istəyirəm, tualetə harada və necə getməyin heç bir fərqi yoxdur.
2011/12-ci illərdə mən bildirmişdim ki, Putin rejimi böhran dövrünə qədəm qoyub. Hər şeydən öncə, bu, mənim fikrimcə, Avrasiya İttifaqının yaradılması ideyası ilə bağlı idi ki, bu, SSRİ-nin birləşdirilməsi cəhdindən başqa bir şey kimi qəbul edilə bilməz. Bu böhran addım-addım dərinləşir - Krımın birləşdirilməsiı, Belarusda son addımlar, epidemiya qarşısında acizlik, 2013-cü illə müqayisədə milli valyutanın üç dəfə çökməsi, sonsuz inflyasiya... siyahını sonsuza qədər davam etdirmək olar. Mənim üçün aydındır ki, indiki RF SSRİ-nin taleyini təkrarlamağa məhkumdur, məsələ yalnız forma və müddətdədir. Ancaq hakimiyyət siyasətini dəyişə bilməz. Rusiyanın imperiya instinkti üstünlük təşkil edir və heç bir rasional mülahizələr (bəlkə böyük xarici siyasi iflas və hərbi məğlubiyyətdən başqa) onu bu instinktin öhdəsindən gəlməyə məcbur edə bilməz. Bu ölkənin tarixi, psixologiyası və taleyidir. V. Putinin “dahiyanə” və hərtərəfli frazasını unutmaq lazım deyil: “Rusiyasız dünya bizə lazım deyil, biz hamımız cənnətə gedəcəyik, onlar isə, sadəcə, gəbərəcəklər!” Buna əlavə etməyə sözüm yoxdur, amma dünya nədənsə bunu eşitmədi…
- Demokrat Yeltsin siyasi səhnədən həm yaşa görə, həm də üzərinə götürdüyü vəzifələrin öhdəsindən gələ bilmədiyinə görə getdi. Hakimiyyəti isə DTK-çı Putinə təhvil verdi, çünki Rusiyada demokratik, liberal ideyanın səmərəsizliyi qənaətinə gəlmişdi. Xalq bu ideyaları qəbul etmədi, Rusiya dağılmaq təhlükəsi qarşısında idi və s. Putin Rusiyanı təhlükəli zirvədən çıxardı, cəmiyyəti totalitarizmə qaytardı. Rusiya və digər cəmiyyətlərdə belə bir oturuşmuş fikir var.
Necə hesab edirsiniz, ruslar (ilk növbədə Rusiyanın aparıcı etnosu kimi) konservatizm və totalitarizmin Avrasiya dayağı olmağa, digər ölkələrdə diktatorları dəstəkləməyə, Avropa və ABŞ-a qarşı durmağa məhkumdurmu? Bu mənada Rusiya vətəndaşlarının gənc nəslinin əhval-ruhiyyəsi necədir? Məlumdur ki, moskvalılar daxili siyasi baxışlarına görə geri qalmış, əsasən kəndli Rusiyasından çox fərqlənirlər. Əgər əmlak prinsipi, paytaxt və əyalətlərə bölgü üzrə fərqləndirsək Rusiya cəmiyyətində totalitar əqidə nə dərəcədə fərqlidir?
- Mənim fikrimcə, B. Yeltsinin faciəsi onun öz islahatlarında sona qədər getməyə hazır olmamasında idi. Bu islahatlar ya ortalarda, ya da elə əvvəldə ilişib qaldı. Hesab edirəm ki, qeyri-ardıcıllıq ardıcıl radikalizmdən xeyli pisdir. O, “ölkəni DTK-çıya buraxması haqda özünə hesabat verirmi” sualını müzakirə etməyə hazır deyildi. Həmin vaxt V. Putin onun üçün A. Sobçakın adamı idi və V. Putinə qarşı hətta B. Berezovski də səhv etmişdi.
Ümumiyyətlə, “birinci dalğa demokratlarının, xüsusilə biznes strukturlarından olan insanların” DTK-çılara münasibəti mürəkkəb məsələdir və ayrıca söhbət tələb edir. Ona görə də mən vəziyyəti “demokratik” Yeltsin və “avtoritar” Putin rejimləri kimi birmənalı antinomiya şəklində təsəvvür etməzdim. Yeltsin rejimi ardıcıl demokratik rejim olmamışdu və ola bilməzdi, nə də Putin rejimi birmənalı avtoritar rejim deyil. Əsasən Putinin iqtisadi avtoritarizminin iqtisadi zəminləri hələ B. Yeltsinin dövründə hakimiyyətə sıx inteqrasiya olunmuş, maliyyə-sənaye qruplarını yaratmış həmin oliqarxlar tərəfindən qoyulmuşdu. V.Putinə mahiyyətcə, yalnız texniki baxımdan oliqarxları DTK və kəşfiyyatdan olan insanlara dəyişmək, ASC-ni dövlət korporasiyası adlandırmaq qalırdı, digərləri struktur olaraq bir çox hallarda hazır idi. Ölkəni “terror təhlükəsi” qarşısında birləşdirmək qalırdı, necə ki, indi “Qərb təhlükəsi” qarşısında birləşdirməyə cəhd göstərirlər. Mahiyyətcə, hər şey...İş görülüb.
Putin rejimi zərgərlik nümunəsini demokratik prosedurlar adı altında maskalanmağı, onları imitasiya etməyi, onlardan əsl liberal məzmun çıxarmağı zərgər dəqiqliyilə öyrənib. Xalq liberal dəyişiklikləri qəbul etmədi? – Lakin onlar faktiki olaraq yox idi. Bizim söhbətin hamısı ona həsr olunub ki, mahiyyətcə, hakimiyyətə paternalizm və sakralizasiya lazımdır ki, idarə edə bilsin; bu, xalqa yaşamaq üçün lazımdır - hakimiyyət və xalqın simbiozunun və Putin rejiminin davamlılığının sirri bundadır. edir. Mən hər bir xalqın layiq olduğu hakimiyyətə malik olması barədə məlum tezisi belə illüstrasiya edən başqa bir tarixi nümunə bilmirəm.
Konservatizm və totalitarizmin sütunu, diktator rejimlərin dayağı haqda suala cavab vermək mənim üçün çətindir. Əgər liberal klişelərdən yayınsaq, mənim bunu düşünməyə elə bir əsasım yoxdur ki, qondarma müxalifətin hansısa nümayəndələri nəsə gətirəcəklər ki, bu Rusiyada həyat mənzərəsini kardinal şəkildə dəyişdirəcək. Və burada, nə qədər qəribə olsa da mən xalqın əksəriyyəti ilə həmrəyəm, o, sadəcə hakimiyyətdəki müsbət dəyişikliklərə inanmır, rifah və korrupsiya axınlarının yuxarılarda təkrar bölünməsi uğrunda mübarizə aparmağı isə istəmir…
ABŞ və Avropada baş verən hadisələr və onların inkişaf tendensiyaları bu, xüsusilə də gələcək liberal model ilə bağlı nikbinlik yaratmır. Bu da ayrıca söhbətdir, lakin mən V. Putinin o tezisi ilə razıyam ki, bu model böhran keçirir. Təbliğat nöqteyi-nəzərindən Qərbdə baş verənlərin fonunda Rusiyanın və onun ənənəvi dəyərlərinin “konservativ rolu”nu bir daha vurğulamaq üçün Amerika və Avropa reallıqlarının mənfi cəhətlərindən istifadə etməmək axmaqlıq olardı. Zənnimcə, indi heç kim Bişkək və ya Oşun sakini olmaq istəməz. Şəxsən mənim üçün küçələrə çıxmış Minsk İT mütəxəssislərinə acımaq çox çətindir. Mənim cavabım – bəli, sizin verdiyiniz sual çərçivəsində Rusiya konservatizmin dayağı olmaqda qalacaq, o vaxta qədər ki milli-konservativ tendensiyalar və hərəkətlər Qərbdə qalib gəlməyə başlayacaq. O zaman Rusiya “hüquqa əsaslanan liberalpərəst” mövqe tutacaq, lakin bu söhbəti təxirə salmaq hələlik məqsədəuyğundur. İlkin nümunə kimi Rusiyanın Polşa və Ukraynada baş verən proseslərə münasibətinə baxmaq kifayətdir.
Gənclər liberal azadlıqların olmamasından və çoxpartiyalılığın real olmamasından narazıdırlar, o, real, anlaşılan sosial lift alqoritmlərinin olmamasından narazıdır. Bu zaman başa düşmək lazımdır ki, gənclərin anlayışında bu liftlər sürətli, pulsuz və qeyri-enerji xərclərinə malik olmalıdır. Bu, eyni dərəcədə həm paytaxt əhalisinə, həm də əyalət əhalisinə aiddir. Yeri gəlmişkən, sizə düzəliş verməyə məcburam – Rusiya əhalisinin əsas hissəsini və müvafiq olaraq hazırkı rejimin dayağını kəndlilər deyil, kiçik şəhərlərin əhalisi təşkil edir.
Beləliklə, gənclər çevik və asan qazanc əldə etmək və korrupsiya axınlarına çıxışa malik olmaq istəyirlər: dövlət xidməti akademiyaları və gömrükdə müxtəlif müsabiqələr sovet dövrünün humanitar və artistlik fakültələri üçün müsabiqələri üstələyir. Eyni zamanda, nə sənət, nə texniki və iş ixtisasları, nə də layiqli gəlirə zəmanət verən ciddi təhsil böyük maraq doğurmur. Pul burada və indi lazlmdır, üstəlik milyonlarlar, ən azı on minlərlə ş.v.üzrə. Və budur demokratikləşmə çərçivəsində V. Putin və A. Lukaşenkonun yerinə hakimiyyətə bunun gətirilməsi nəzərdə tutulur? O zaman dəyişikliklərin mənası nədir? Sonda, bu da eyni nəticələrə gətirib çıxaracaq, köhnə partiya kommunist elitasının komsomol elitası ilə əvəzlənməsi kim. Və xalq bunu başa düşmürsə də, intuitiv olaraq hiss edir.
- Rusiyanın cənubunda olan qonşularına qayıdaq. Soljenitsinin verdiyi bu tərif qazaxıstanlıları və başqalarını təhqir edir. Lakin bundan Moskva telekanallarında istifadə etməyə davam edirlər. Rusiyalıların siyasi seçimi, siyasi mentaliteti RF qonşularının inkişafına təsir edirmi? Qonşu dövlətlər “Rusiyanın milli maraqları”nı nəzərə almağa məcburdurlar, o cümlədən öz ölkələrinin siyasi quruluşunu seçərkən. Əks təqdirdə, Ukraynada baş verənlər olacaq” deyə qonşu ölkələrdəki diktatorlar bildirirlər. Bu, belədirmi? Azərbaycanlılar əsasən demokratiya uğrunda mübarizədə rusiyalıların siyasi tərcihlərinin girovuna çevriliblər. Sizcə, bu, belədir? Azərbaycana demokratiya ancaq Rusiyada demokratiya bərqərar edildikdən sonra gələcək?
- “Podbroşye” terminindən inciməyə dəyməz. Əslində, o, utancverici bir şeydən daha çox müvafiq sərhədlərin zəifliyini və müdafiəsizliyini xarakterizə edir. Bir daha qeyd edim ki, rus adamı üçün keçmiş SSRİ ərazisində yaşayan hər kəs qardaşdır, bir-birinə münasibətə görə olmasa da, ruslara münasibətə görə. KİV-də bu fraza “orada bizə yad insanlar yaşamır” kimi səslənir. Ruslar keçmiş SSRİ-nin/Rusiya imperiyasının bütün ərazisini öz dövləti kimi, suverenliyə doğru istənilən milli hərəkatları isə qardaşların öz yolunu azması və onları doğru yola qaytarmağın vacbliyi kimi hiss edirlər. Bu tezisi anlamadan və postsovet məkanı ölkələri və xalqlarına qarşı dəqiq münasibət formalaşdırmadan nə milli suveren ideologiya, nə Rusiyaya qarşı siyasi xətt, nə də öz ərazisində rusdilli dillərə qarşı milli siyasət formalaşdırmaq mümkün olmayacaq.
Ukraynada belə dəhşətli nə baş verib? Həyat səviyyəsi aşağı düşüb, lakin bu, əvvəllər mövcud olmuş sosialist modelinin əvəzinə effektiv iqtisadiyyatın formalaşmasında qaçılmazdır. Bütün ölkələr – Polşa da, Çexiya da, Baltikyanı ölkələr də bu yolu keçiblər.
Ukrayna bunu ağır qarşılayır? Ancaq bu, milli yolun və milli elitanın xüsusiyyətidir ki, bu da tamamilə ayrı məsələdir.
Mən anlamıram ki, niyə azərbaycanlılar rus siyasi tərcihlərinin girovuna çevriliblər. Vaxtilə latışlar və estonlar özlərinə söylədilər -biz kartof qalıqları ilə qidalanmağa hazırıq, yetər ki, Rusiya və rusların təsiri olmadan yaşayaq. Azərbaycanın belə qətiyyəti varmı? Əgər varsa, hesab edirəm ki, onun vəziyyəti Baltikyanı ölkələrdən daha əlverişlidr. Əgər yoxdursa, bu, nə geosiyasi, nə də “rus” problemi deyil. Suverenlik istəyirsiniz - suverenlik yaradın, necə ki, Finlandiya və Polşa, Baltikyanı ölkələr və bir çox cəhətdən Ukrayna yaradıb. Onların hamısı çətinliklərdən keçiblər və keçirlər, amma mənim fikrimcə, rusa aid hər şeydən xilas olmaq üçün səy və məhrumiyyətlərə başa gəlir. Qalanını həll etmək sizə düşər!
- Sonuncu. Qarabağ müharibəsi. Ermənistan müdafiə xahiş etsə də, Putin hələlik ona müdaxilə etmir. VVP müdaxilə etmir və bununla da 92-93-cü illərdə işğal edilmiş torpaqların Azərbaycana qaytarılmasına kömək edir. Belə çıxır ki, iki qeyri-demokrat Putin və Əliyev Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası üçün birgə fəaliyyət göstərirlər. Demokrat Paşinyan isə Qarabağı ayıraraq Azərbaycanı birdəfəlik dağıtmaq istəyir. Rusiyalı liberallar öz çıxışlarında və Moskva siyasi şoularında tez-tez erməniləri müdafiə edirlər. Bu nə paradoksdur? Niyə Böyük Britaniya, İspaniya separatçılarla vuruşaraq öz sərhədlərini müdafiə edəndə bu, normal görünür və ilk növbədə qanunların dəqiq icrasına sadiq olan demokratiyaya zidd olmur. Azərbaycan isə erməni işğalçı korpusunu öz qanuni ərazisindən çıxaranda, rusiyalı (təkcə onlar yox) liberallar erməni separatçılara rəğbət bəsləməyə meylli olur?
- Burada siz müəyyən mənada əvvəlki sualla müqayisədə özünüz-özünüzə zidd gedirsiniz. Rus liberallar Ermənistanı etnik ermənilərin rus informasiya mühitində oynadığı rola görə dəstəkləmirlər. Erməni əks nöqteyi-nəzərindən çıxış etsək bu, öncədən özünü liberal cəmiyyətdən kənarda qoymaq, “rəğbət doğurmayan” şəxs olmaq, toplumda öz yerini itirmək və pis nüfuz qazanmaq deməkdir. Bu, indi Qərbdə özlərini açıq şəkildə rasist, homofob və antisemit elan etmək kimi şeydir. Məsələn, mən faşizmlə bağlı ittihamlar almışam, amma öyrəşə bilmirəm.
Döyüş avtoritar Əliyev ilə liberal Paşinyan arasında getmir, mental, tarixi, ərazi və ekzistensial ziddiyyətlərlə bölünmüş iki xalq/millət arasında gedir. Mən dünyanı ilk növbədə milli və mədəni ziddiyyətlər prizmasından (mənim üçün böyük qiyməti olmayan avtoritarizm, demokratiya və humanizm mübarizəsi prizmasından yox) gördüyümə görə bu münaqişəni məhz belə qəbul edirəm. Azərbaycana və onun xalqına qeyd-şərtsiz və tam qələbə arzusu ilə müsahibəni bitirmək istəyirəm.
Müsahibə üçün çox sağ olun, hörmətli Aleksandr Sıtin.