ABŞ prezidentliyinə namizədlərin debatı cümə axşamı keçiriləcək

ABŞ prezidentliyinə namizədlərin debatı cümə axşamı keçiriləcək
21 Oktyabr 2020
Mətni dəyiş

ABŞ prezident seçkilərindən öncəki ikinci və son debatda namizədlərin eyni anda danışmasının qarşısını almaq məqsədi danışyan yeni qaydalar tətbiq olunacaq.

Prezident Donald Tramp debatın formatı ilə bağlı məyusluğunu dilə gətirib. O, bazar ertəsi müxbirlərə deyib ki, debatın “çox ədalətsiz” olduğunu düşünsə də, cümə axşamı Tennessi ştatının Naşvil şəhərində keçirilən tədbirdə iştirak edəcək.

“Mən iştirak edəcəm, amma onların mövzuları dəyişməsi çox ədalətsizdir və yenə də çox qərəzli olması çox ədalətsizdir,” Tramp deyib.

Debata NBC-nin Ağ Ev müxbiri Kristen Velker moderatorluq edir və o, Tramp və onun Demokrat rəqibi co Baydenə COVID-19-la mübarizə, Amerika ailələri, Amerikada irqlər, iqlim dəyişikliyi, milli təhlükəsizlik və liderlik barədə suallar verməyə qərar verib.

Trampın kampaniuası bazar ertəsi bildirib ki, debatda diqqət daha çox beynəlxalq məsələlərə yönəlməlidir.

Baydenin kampaniyası isə Tramp administrasiyasının koronavirus pandemiyası ilə mübarizəsindən danışmaqdan yayınmaq istədiyini və hər iki tərəfin debatın mövzularını moderatorun seçməsinə razılaşdığını bildirib.

“Prezident hər zamankı kimi böhranda olan bir xalqı ehtiyacı olan yardımla təmin etməkdən daha çox debatın qaydaları ilə daha çox maraqlanır,” Baydenin sözçüsü TJ Daklo deyib.

Cümə günü keçiriləcək debat müxtəlif mövzulara həsr olunmuş 15 dəqiqəlik hissələrdən ibarət olacaq. Bu hissələrdə hər namizədin danışmaq üçün 2 dəqiqə vaxtı olacaq, bunun ardınca ilə açıq müzakirələr olacaq.

Sentyabrın sonunda keçirilən ilk debatda Tramp Baydenin dəfələrlə sözünü kəsmişdi və Baydenin ona cavab olaraq “Sən səsini kəsəcəksən?” deyə cavab vermişdi.

Komissiya daha uyğun debat keçirmək üçün islhatlar etməyə söz vermişdi və bazar ertəsi namizədlərə ayrılan iki dəqiqəlik zaman ərzində yalnız bir namizədin mikrofonun açıq olacağını elan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun