ABŞ Ordusu və Hava Qüvvələri bir-birilərini əlaqələndirəcək yeni plan tərtib ediblər

ABŞ Ordusu və Hava Qüvvələri bir-birilərini əlaqələndirəcək yeni plan tərtib ediblər
24 Oktyabr 2020
Mətni dəyiş

ABŞ Ordusu və Hava qüvvələri illərlə aparılan müzakirələrdən sonra "Birləşmiş Birgə Bütün Domenlərin İdarəsi və Nəzarəti" adlı planı həyata keçirməyə qərar veriblər. Bu planın məqsədi ABŞ ordusunun bütün sensor və nişancılarının bir-birilərinə asan şəkidlə və dərhal məlumatlar ötürmələrini təmin etməkdir.

C4ISRNET məcmuəsində dərc olunan məqalədə Valeri İnsinna və Cen Cadson yazırlar ki, sentyabrın 29-da imzalanan bu razılıq “məlumat mübadiləsi və ordu qollarının əlaqələndirilməsi üçün qarşılıqlı standartlar” üzərində daha yaxın əməkdaşlığa yol açır. Bu isə onların istifadə etdikləri yeni kommunikasiya vasitələri, şəbəkələri və süni intellekt sistemlərinin bir-biri ilə əlaqələndirilə və beləcə uyğunsuzluq riskini azalda biləcək.

Lakin hələ ki, bu əməkdaşlıqla bağlı çox məlumat yoxdur.

Müəlliflər yazır ki, ordunun iki qolu növbəti 60 gün ərzində Yaxınlaşma Layihəsi ilə ABMS təlimlərini əlaqələndirmək üçün bir plan tərtib edəcək və məlumatların platformalar arasında ötürülə bilməsini təmin edəcək.

Amma bu o demək deyil ki, onlar eyni sistemlər, data standartları və interfeyslərdən istifadə etməyə hazırdırlar.

Ordu ilə Hava Qüvvələrinin məqsədləri təxminən eynidir. Onlar bir-birilərinin sensorlarından məlumatı alıb, təhlükəni müəyyən edib, onu digər platformalardan gələn məlumatlarla birəşdirib, süni intellektən istifadə edərək komandirlərə seçim siyahısı təqdim etmək və onu vuracaq silah sisteminə hədəflə bağlı düzgün məlumat gödərmək və bunu əhəmiyyətli dərəcədə qısaldılmış bir zaman daxilində etmək istəyirlər.

Məqalədə bildirilir ki, Ordu ilə Hava Qüvvələrinin birgə sınaqları 2021-ci ilin mart ayında başlaya bilər. Yaxınlaşma Layihəsi ilə ABMS təlimləri hələ çox yeni olsalar da, Ordu və Hava Qüvvələri maşın öyrənməni “öldürmə zəncirinə” – yəni təhlükəni aşkar edib, müəyyən edib, aradan qaldıran sensorlar və silah sistemlərinə daxil etmək - üçün fərqli yanaşmalardan istifadə edir.

Lakin Hava Qüvvələrinin strategiya idarəsinin rəhbəri General-Leytenant Klinton Hinotenin dediyinə görə, maşın öyrənmədən istifadə edən Ordu və Hava Qüvvələri çox çətin nəzəri və texniki suallarla üzləşirlər:

"Ordu əməliyyatçıları süni intellektin komandirlərə hər hansı təhlükə ilə bağlı məlumat təqdim etdiyində onun arxasındakı fərziyyələri necə bilə bilərlər? Və əgər komandirlər süni intellekt sisteminin hər hansı bir hərəkəri nə üçün tövsiyyə etdiyini anlamasalar, ölümcül gücdən isitifadə etməlidilərmi?"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun