13 Oktyabr 2020
Mətni dəyiş
Amerika Birləşmiş Ştatları insan ölümünü pisləyir.
Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo tvitində yazıb.
"Birləşmiş Ştatlar Azərbaycanı və Ermənistanı razılaşdırılmış atəşkəs öhdəliklərini yerinə yetirməyə, Gəncə və Stepanakert kimi yaşayış məskənlərini hədəfə almağı dayandırmağa çağırır. Biz insan ölümlərini pisləyir, sülh yoluyla həllə sadiq qalırıq”, - deyə o bildirib.