ABŞ, Fransa və Rusiya bir həll yolu tapa bilib? Xeyr! - Çavuşoğlu

ABŞ, Fransa və Rusiya bir həll yolu tapa bilib? Xeyr! - Çavuşoğlu
8 Oktyabr 2020
Mətni dəyiş

"1992-ci ildən etibarən vəziyyət belədir. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Fransa və Rusiya bir həll yolu tapa bilib? Xeyr!" CNN-Türkün xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Slovakiyada keçirilən 15-ci Bratislava Təhlükəsizlik Forumunda (GLOSBEC 2020) çıxış edərkən deyib. Çavuşoğlu bildirib ki, Ermənistan Azərbaycan torpaqlarına hücum etməyə cəsarət göstərir. Həm iyulda, həm də sentyabr aylarında hücum etdilər. Əlbəttə biz sülh və danışıqlar yolunu dəstəkləyirik. Ancaq hər kəs Azərbaycan bu məsələdəki sıxıntısını başa düşməlidir. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparır və bunu etməlidir “Status-kvo dəyişməlidir. Türkiyə bunu tək başına etmək istəmir. Vəziyyət belə davam edə bilməz. Dağlıq Qarabağ və ətraf Azərbaycan torpaqları təxminən 30 ilə yaxındır Ermənistanın işğalı altındadır” - deyə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun