Amerika Birləşmiş Ştatlarının Dəniz Piyadaları Korpusu 34 il boyunca korpusun hücum helikopteri kimi xidmət göstərən tarixi AH-1W Super Cobra-nı istismardan çıxarıb.
MarineCorpsTimes xəbər portalından yayılan xəbərə görə, ilk Super Cobra-lar Dəniz Piyadaları Korpusuna 1986-cı ilin martın 27-də istifadəyə verilib və korpus növbəti 13 il ərzində Bell şirkətinin istehsal etdiyi 179 ədəd hücum helikopterlərindən ibarət bir donanma yaradıb.
Super Cobra-lar donanmaya ilk daxil olduqları gündən bəri 933,614 uçuş saatı toplayıb.
“Dəniz Piyadaları Korpusu Whiskey-ni 90-cı illərdən bəri istifadə edir. Onlar İraq Azadlığı Əməliyyatı, Davamlı Azadlıq Əməliyyatı, Körfəz Müharibəsi, Moqadişuda və dünya boyu başqa ekspedisiya əməliyyatlarında istifadə olunub,” podpolkovnik Çarlz Daniel bildirib.
Dəniz Piyadaları Korpusunun son Super Cobra helikopteri Nyu Orleansdakı HMLA-773 bölməsinin ehtiyatına məxsus idi.
Helikopter Bell zavodundan bölməyə 1994-cü ildə gətirilib və 2003-2005-ci illər arasında hərbi bölmə ilə birlikdə Əfqanıstana göndərilib.
Məqalədə deyilir ki, Super Cobranı ən son idarə etmək şərəfi HMLA-773 bölməsinin icraçı zabiti mayor Patrik Riçardsona məxsus olub.
“Bu son uçuş helikopterə, onu idarə edən və bizdən öncə onu qoruyub saxlayan minlərlə insana ehtiram göstərmək üçün çox vacibdir,” o deyib.
“Onu idarə edən son insan olmaq şərəfdir, bu heç vaxt mənim ağlıma gəlməzdi,” Riçardson əlavə edib.
H-1 Bell-in proqram meneceri Maykl Deslat şirkətin pres-relizində bildirib: “Biz AH-1W-nun son 34 il ərazinə ABŞ-ın Dəniz Piyadaları Korpusuna irəli sürdüyü imkanlarla olduqca qürur duyuruq.”
“Super Cobranın nəhəng irsi Bell-dakı qadın və kişilərin nəsillər boyu bu platformada sərgilədikləri ustalıq və fədakarlığa bir vəsiyyətdir və biz gələcək illərdə də bu irsi davam etdirməyi səbirsizliklə gözləyirik.”
Məqalədə qeyd olunur ki, AH-1W Bell-in istehsal etdiyi AH-1Z Viper ilə əvəzlənib. Bu helikopter ilk dəfə 2011-ci ildə əməliyyətə yararlı statusunu əldə edib və o zamandan bəri tədricən Super Cobra-ları əvəzləyib.
"Mən bu gün Whiskey-nin istismardan çıxdığına görə kədərlə sevinc hissini bir arada yaşayıram,” deyə helikopteri Əfqanıstanda idarə edən Daniel bildirib. “Mənim bu helikopterdə çoxlu gözəl anlarım olub, o, məni hər dəfə sağ-salamat geri gətirib və istədiyim hər şeyi edib.”