İşğaldan azad olunmuş Cəbrayılın Azərbaycanın peşakər futbol yarışlarında yeganə təmsilçisi "Mərcanlı" olub.
Abzas.netin Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumatına görə, komanda 1992-ci il mövsümündə I Dəstədə mübarizə aparıb.
Lakin "Mərcanlı" 7 oyundan (1 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət) sonra çempionatdan çıxdığı üçün nəticələri ləğv olunub.
1992-ci ildən sonra Azərbaycanın heç bir liqasında Cəbrayılı təmsil edən komanda olmayıb.