20 şagirddə koronavirus aşkarlanıb

20 şagirddə koronavirus aşkarlanıb
5 Oktyabr 2020
Mətni dəyiş
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən bildirilib ki, 13 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 20 şagird və 16 işçidə koronavirus aşkarlanıb.
4 sinif distant təhsilə keçib.
İndiyə qədər ölkədə COVİD-19-a yoluxmalara görə bir məktəb, 27 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
Azərbaycanda koronavirusla bağlı karantin rejimi elan olunub.
Oktyabrın 4-də ölkədə daha 130 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər sağalıb.
Rəsmi məlumata görə ölkədə 40 min 691 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Onlardan 38 min 496 nəfər müalicə olunaraq sağalıb, 596 nəfər vəfat edib. Aktiv xəstə sayı 1599 nəfərdir

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun