"The NetBlocks Cost of Shutdown Tool alətin hesablamalarına görə Azərbaycanda 1 günlük internetin tam məhdudlaşdırılması iqtisadiyyata 44,8 milyon dollarlıq zərər vurur". Bu sözləri iqtisadçı ekspert Toğrul Vəliyev deyib. Onun sözlərinə görə, 13 gün ərzində bu rəqəm 582,4 milyon dollar təşkil edir. İnternet tam məhdudlaşdırılmayıb deyə, bu rəqəm təxmini 200-250 milyon dollar civarında ola bilər (nəzərə almaq lazımdır ki, sosial şəbəkələr bir çox hallarda yerli internet iqtisadiyyatının vacib hissəsidir. Eyni zamanda əlaqə vasitəsidir). Ekspert deyir ki, başqa tərəfdən eyni tərzdə material biz Belarus barədə də yazmışdıq və Bloomberg-in məlumatına görə Azərbaycanda da eyni şirkət bu işlər ilə məşğuldur. Hələ 2019-cu ilin yanvarında “Qurium. The media Foundation” tərəfindən keçirilən tədqiqatlarda məlum oldu ki, Azərbaycanda bu işlərə Kanadalı şirkət Sandvine Corporation baxır. Onların Azərbaycanda partnyoru isə “BestComp Group” şirkətidir. "Bu məşhur şirkətdir. Ümumiyyətlə kompyuter avadanlığı ilə bağlı dövlətdən çoxlu sayda sifarişlər alır. Misal üçün, yalnız səthi baxış ilə görmək olar ki, ilin əvvəlindən ən azı 800 min manatlıq sifarişlər alıb. Şirkət 1995-ci ildə yaradılıb və onun nizamnamə kapitalı 8,96 milyon manat təşkil edir. 2019-cu ilin nəticələrinə görə mənfəəti 13,4 milyon manat təşkil edib (il ərzində dövriyyəsi 140 milyon manat idi)", - deyə Toğrul Vəliyeb bildirib. Ekspert deyir ki, şirkətin baş direktoru Fərid Həsənovdur. Onun adı FHN-nin Yanğın Xidmətinə 2012-ci ildə çağrılanlar siyahısında tapmaq olar. Ümumiyyətlə bu şirkəti adətən Kəmallədin Heydərov ilə bağlayırlar. Eyni zamanda müvafiq dəstəyi həmçinin Bakcell MMC şirkəti də həyata keçirirdi. Fikrimcə 2020-ci ildə vəziyyət dəyişməyib. Bloomberg portalın məlumatına görə eyni şirkət Delta Telecom ilə birlikdə təcili olaraq Youtube, Facebook və İnstagramdan canlı videoların bloklaşdırılması üçün sistem təmin edib (Sandvine şirkətinin daxili sənədlərinə istinad edirlər). Nəticə olaraq Azərbaycanda bir çox sosial şəbəkələr və eyni zamanda video-əlaqə portalları da çalışmır.