Əli Kərimli: “Müxalifətçilik mövqeyimizi sonraya saxlamışıq”

Əli Kərimli: “Müxalifətçilik mövqeyimizi sonraya saxlamışıq”
23 Oktyabr 2020
Mətni dəyiş
Oktyabrın 21-də prezident İlham Əliyev Yaponiyanın "Nikkei” qəzetinə müsahibə zamanı deyib ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. 
Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub. Prezident yürütdüyü siyasətin yalnız AXCP və Müsavat Partiyası tərəfindən dəstəklənmədiyini deyib:
"Əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasıdır”.
İlham Əliyev bu partiyaları "1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan partiya” adlandırıb.
Toplum tv prezidentin müxalifət haqqında səsləndirdiyi fikirlərə AXCP və Müsavat Partiyasından münasibət öyrənib.
AXCP sədri Əli Kərimli prezidentin müsahibəsi zamanı verdiyi cavabları "qeyri-obyektiv və heç bir əsası olmayan fikirlər” adlandırıb.
Prezidentin bu iki partiyanın Azərbaycanın milli maraqlarının əleyhinə olması fikrinə isə Ə.Kərimli belə cavab verib: "Sentyabrın 27-dən Azərbaycan ordusu əks həmlə əməliyyatına keçdiyini bəyan edəndən  1 neçə saat sonra AXCP açıqlama verdi ki, dövlətin, ordunun yanındadır. Həm partiya, həm də içərisində olduğumuz Milli Şura olaraq sosial şəbəkə və mediaya verdiyimiz açıqlamalarda mövqeyimiz dövlət və ordudan yana olub. Qarabağla bağlı hadisələr başlayandan sonra partiya üzvlərimiz beynalxalq mediaya həqiqətləri çatdırıb. Məsələn, Qənimət Zahidin Fransa mediasında  son hadisələrlə bağlı 5 dəfə yazısı gedib. Hətta AXCP üzvləri səfərbərlik zamanı könüllü orduya gedib, onlar arasında şəhid olanlar da var”.
Ə.Kərimli bildirib ki, hazırki şəraitdə iqtidar-müxalifət mükalimələrinə yol vermək istəmir: "Savaş günlərində hökuməti tənqidlərimizi də, müxalifətçilik mövqeyimizi də saxlamışıq sonraya”.
"Xalq hər şeyə şahiddir. İndi müxalifət ordununun, dövlətin yanındadır. Bu ovqatı korlamaq lazım deyil”, - deyib.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə bildirib ki, ölkə gündəminin gərgin olduğu vaxtda geniş açıqlama vermək istəmir.
Partiya başqanı deyib ki, son zamanlar ölkədəki milli birliyi yüksək qiymətləndirir, qarşı tərəfin milli birliyi pozacaq hər hansı səhvinə, təxribatına uymaq istəmir.
Arif Hacılı əlavə edib ki, döyüş əməliyyatları bitdikdən sonra geniş açıqlama verəcək

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun